Ötən həftə “Milyonların şousu”nda 8 min qazanmışdı Dələduzluğa görə həbs olundu
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
İnsanları BƏƏ, Kanada və Avropa ölkələrində işə düzəltmək adı altında dələduzluq edərək aldadan şəxslər saxlanılıblar.
“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin keçirdiyi tədbirlə insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.
Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Yusif Abdullayev oktyabrın 18-də “Milyonların şousu” verilişində iştirak edib və 8 min manat pul mükafatı qazanıb.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 29 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















