Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən avqustun 17-23-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 98, tankəleyhinə 41 mina və 522 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1829,3 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.
Baxış sayı:127
Bu xəbər 24 Avqust 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















