Ötən iki ayda Bakı Tbilisi Ceyhan xətti ilə 4,4 milyon ton neft nəql olunub
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Bu ilin yanvar-fevral aylarında dünya bazarına çıxarılan Azərbaycan neftinin 73,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə nəql edilib.
Dövlət Statistika Komitəsindən Sherg.az-a verilən məlumata görə, ötən iki ayda bu kəmər vasitəsilə 4 milyon 429,5 min ton neft ötürülüb.
Qeyd edək ki, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,9 faizini, yəni 3 milyon 718 min tonunu Azərbaycanda hasil edilən neft, 16,1 faizini, yəni 711,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Onu da bildirək ki, yanvar-fevral aylarında magistral neft kəmərləri ilə Azərbaycandan dünya bazarına, ümumilikdə, 6 milyon 48,7 min ton neft nəql edilib.
Bu mövzuda digər xəbərlər:Bakı Tbilisi Ceyhan kəməri ilə 600 milyon ton neft nəql olunub
01 May 2025 13:47
Bakı Tbilisi Ceyhan kəməri ilə 613 milyon ton neft nəql olunub
06 Noyabr 2025 12:51
Qazaxıstan nefti Bakı Tbilisi Ceyhan xətti ilə daşınır
10 Aprel 2025 09:44
Tokayev: Bakı Tbilisi Ceyhan kəməri ilə Qazaxıstandan Türkiyəyə ildə 1,4 milyon ton neft nəql olunur
29 İyul 2025 23:19
Qazaxıstan nefti Bakı Tbilisi Ceyhan kəmərinə yönəldir
03 Dekabr 2025 22:06
Baxış sayı:134
Bu xəbər 18 Mart 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















