Icma.az
close
up
RU
Ötən il 1088 gəmi təmir olunaraq yenidən istismara qaytarılıb

Ötən il 1088 gəmi təmir olunaraq yenidən istismara qaytarılıb

Yenigundem saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ASCO-nun tərkibində fəaliyyət göstərən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) 2024-cü il ərzində ümumilikdə 1088 gəmi təmiri üzrə iş icra olunub.

Təmir işlərindən 870-i səfərlərarası naviqasiya təmiri, 8-i əsaslı, 20-si tərsanə, 1-i cari olmaqla 899-u ZGTTZ-nin, 100-ü səfərlərarası naviqasiya, 17-si əsaslı, 54-ü tərsanə, 18-si cari olmaqla 189-u BGTZ-nin payına düşüb.

2024-cü ildə təmirə dayanan gəmilərdən 27-si kənar təşkilatlara aid olub.

Ümumilikdə son 5 ildə ASCO-nun gəmi təmiri zavodlarında 4707 gəmi təmiri işi yerinə yetirilib. Bu dövrdə təmir edilən gəmilərdən 195-i kənar təşkilatlara məxsus olub.

Gəmilərin təmiri müvafiq registr təşkilatlarının və beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq həyata keçirilir. Təmir zamanı gəmilərin gövdələri təmizlənir, əsas və köməkçi mühərrikləri müasir, daha az tullantılı, ətraf mühitə daha az təsirə malik olan mühərriklərlə əvəzlənir. Belə ki, 2018-2023-cü illər ərzində 558 gəminin gövdəsi təmizlənib, 105 ədəd köməkçi, 16 ədəd əsas mühərrik alınaraq gəmilərə quraşdırılıb.

Qeyd edək ki, hər iki zavodda təmir işlərinin keyfiyyətinin yüksəldilməsi və təmir prosesinin sürətinin artırılması məqsədilə infrastruktur davamlı müasir tələblər səviyyəsində təkmilləşdirilir və inkişaf etdirilir. Gəmi təmiri prosesinin effektivliyinin və səmərəliliyinin artırılması istiqamətində də davamlı optimallaşdırılma işləri aparılır. Ötən müddətdə gəmilərin təmir prosesinə elektron nəzarətin həyata keçirilməsi, gəmi təmiri üçün tələb olunan ehtiyat hissələri və mal-materialın planlaşdırılması, işlərin gəmi təmiri prosesinin hər bir addımında təsdiqlənmiş plana əsasən vaxtında və büdcə daxilində həyata keçirilməsinə nəzarəti gücləndirmək məqsədilə “Gəmi təmirinin izlənilməsi” sistemi tətbiq edilib. Optimallaşdırılma işləri çərçivəsində SAP ERP sisteminin PM – gəmi təmiri və texniki xidmətin planlaşdırılması modulu müvəffəqiyyətlə istifadəyə verilib.

ASCO bütün əməliyyat və proseslərdə olduğu kimi, gəmi təmiri sahəsində də ətraf-mühitin qorunması, enerji səmərəliliyinin artırılması məsələlərini daim diqqətdə saxlayır, bu istiqamətdə dünyada mövcud olan innovativ yenilikləri araşdıraraq tətbiq edir. Ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində atılan addımların davamı kimi ötən il ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunun istehsalat sexlərinin birinin damında 512 kv.m ərazidə hər biri 690 Vt olmaqla,162 ədəd günəş paneli quraşdırılıb.

Onu da əlavə edək ki, ASCO-nun həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodu geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Bundan başqa, 2017-ci ildən ZGTTZ müvafiq sertifikatlaşma keçməklə, gəmi tikintisi xidmətləri də təqdim etməyə başlayıb və bu çərçivədə ötən dövrdə burada 5 ədəd kiçik su tutumlu yedək gəmisi – “ASCO 1”, “Tərtərçay”, “Həkəriçay”, “Bərgüşadçay” və “Azıx” gəmisi tikilərək təhvil verilib. 2025-ci ildə bu seriyadan olan daha bir ədəd gəminin təhvili planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 22 Yanvar 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri