Icma.az
close
up
RU
Ötən il 23 kişiyə mühafizə orderi verilib HESABAT

Ötən il 23 kişiyə mühafizə orderi verilib HESABAT

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"2024-cü ildə qanunvericiliyə mühüm dəyişikliklər edilib".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Komitə sədri bildirib ki, Ailə Məcəlləsinin nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasını nəzərdə tutan 10.2-ci maddəsi ləğv edilib: 

"Erkən evlilik və məişət zorakılığı ilə bağlı cinayət və inzibati məsuliyyəti nəzərdə tutulan subyektlərin dairəsi genişləndirilmişdir. Ümumi bioloji baba və nənəsi olan qohumlar arasında nikahın bağlanması qadağan edilmiş, qısamüddətli mühafizə orderinin müddəti artırılmış və onun verilməsi icbarı olmuşdur.  Zərərçəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın göstərilməsi qaydası təsdiq edilmiş, məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə mexanizmi yaradılmışdır".

Bundan başqa komitə sədri qeyd edib ki, ötən il 23 kişiyə mühafizə orderi verilib.

B.Muradova bildirib ki, gender əsaslı ayrı-seçkiliyin qarşısının alınması sahəsində ixtisaslaşmış mexanizmlərin işinin yaxşılaşdırılması məqsədilə regionlarda və şəhərlərdə  çoxsaylı təlimlər ,seminarlar keçirilmiş,vətəndaş müraciətləri və şikayətləri nəzarətə götürülmüş,monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti təhlil edilib.

Onun sözlərinə görə, bir sıra problemli məsələlərə dair 860  Dəstək Xəttinə daxil olan müraciətlərdə (9%) artım, (2024-330, 2023-cü ildə 302), Qadın Dəstək Xətt Xidmətinə daxil olan müraciətlərin sayında (1,5 dəfə) isə azalma qeydə alınıb (2024-cü ildə 1623, 2023-cü il 4079), Daxili İşlər Nazirliyinə məişət zəmnində baş verən insidentlərə dair daxil olmuş müraciətlərin, o cümlədən  cinayət hadisələrinin sayı azalıb.

Sədr onu da nəzərə çatdırıb ki, bu, ilk növbədə müdafiə mexanizmlərinin fəaliyyətinin koordinasiya edilməsi və  güclənməsindən xəbər verir.

O, həmçinin əlavə edib ki, ötən il zərər çəkmiş şəxslərə 325-i qısamüddətli (2023-cü ildə 180-i), 34-ü uzunmüddətli olmaqla (2023-cü ildə 16-sı), ümumilikdə 359 mühafizə orderi icraatda olub (2023-cü ildə 196). Onlardan 338-i qadınlara (2023-cü ildə 187-si) 21-i kişilərə verilib (2023-cü ildə 9-u).

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 May 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri