Ötən il 34 mal kateqoriyası üzrə 818 məhsul növü araşdırılıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 yanvar, AZƏRTAC
2024-cü ildə qabaqcıl texniki reqlamentlər, qaydalar və istinad standartlarının təhlili əsasında ümumilikdə 34 mal kateqoriyası üzrə 818 məhsul növü araşdırılıb, texniki tənzimləmənin şamil olunduğu mallara dair 3817 təhlükəsizlik parametri müəyyənləşdirilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin təhlükəsizlik parametrləri üzrə 31 dövlət orqanının tabeliyində olan sınaq laboratoriyaları, o cümlədən akkreditasiya olunmuş 90 sınaq laboratoriyasının imkanları qiymətləndirilib.
Texniki tənzimləmə sahəsində laboratoriyaların diaqnostik qiymətləndirilməsi dəqiq və etibarlı nəticələrin əldə olunması, məhsul və xidmətlərin keyfiyyətinin artırılması, istehlakçı maraqlarının qorunmasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















