Ötən il Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? Tam siyahı
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən il Azərbaycan xarici ölkələrə 12 milyard dollardan çox dəyərində 23 milyon 381,3 min ton xam neft və xam neft məhsulları ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac edilən xam neftin 1 tonunun orta gömrük dəyəri təxminən 517 dollar olub.
Miqdar baxımından Azərbaycan xam nefti ən çox İtaliyaya ixrac edib. Belə ki, hesabat dövründə bu ölkəyə 13 milyon 111,5 min ton neft satılıb və bunun statistik dəyəri 6 milyard 727,7 milyon dollar olub. Xam neftin ən az ixrac edildiyi ölkə isə Gürcüstan olub – cəmi 3,8 min ton.
İtaliyadan sonra xam neftin əsas ixrac olunduğu ölkələr sırasında Çexiya (1,4 milyon ton), Xorvatiya (1,25 milyon ton), Rumıniya (1,12 milyon ton) və Almaniya (956 min ton) yer alıb.
Qiymət baxımından isə xam neftin 1 tonu ən baha İtaliyaya satılıb. Bu ölkəyə ixrac edilən neftin 1 tonunun orta statistik dəyəri 513 dollar olub. Ən ucuz satış isə Gürcüstana edilib – 1 ton xam neft təxminən 413 dollara satılıb.
Xarici ölkələrə satılan xam neftin miqdarı və statistik dəyəri belədir:

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycan dizeli hansı ölkələrə və neçəyə satıb? Siyahı
22 Oktyabr 2025 16:05
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? Tam siyahı
16 Sentyabr 2025 15:50
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? İsrailə satış tam dayanıb
18 Mart 2025 09:15
Xam nefti hansı ölkələrə və neçəyə satırıq? Tam siyahı
17 Noyabr 2025 15:47
Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satır? Tam siyahı
13 Mart 2025 12:55
Baxış sayı:106
Bu xəbər 23 Yanvar 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















