Ötən il Azərbaycandan Gürcüstana 40 mln. dollardan çox pul köçürülüb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Ötən il Azərbaycandan Gürcüstana 40,2 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatından məlum olur.
Köçürmələrin həcmi illik müqayisədə 3,53 milyon ABŞ dolları və yaxud 8,07% azalıb.
Hesabat ilində Gürcüstandan Azərbaycana isə 65,92 milyon ABŞ dolları daxil olub ki, bu da 2024-cü ilin eyni göstəricisindən 36,4% çoxdur.
Azərbaycandan Gürcüstana ən çox pul köçürmələri 3,98 milyon ABŞ dolları olmaqla aprel ayında reallaşdırılıb. Gürcüstandan Azərbaycana isə ən çox pul köçürmələri (6,95 milyon ABŞ dolları) oktyabr ayında qeydə alınıb.
Baxış sayı:105
Bu xəbər 16 Yanvar 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















