Ötən il bank əmanətçilərinin depozit gəlirləri 42% ə yaxın artıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ildə Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 1 milyard 282 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 41.6% və ya 376.6 milyon manat artıb. 2024-cü ildə banklar 905.4 milyon manat depozit faizi ödəyiblər.
Qeyd edək ki, cari il yanvar ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.4% artaraq 38 milyard 221.9 milyon manata bərabər olub.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 5 milyard manat faiz gəliri əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 29 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















