Ötən il Bosfor boğazında itkin düşən rusiyalı məşqçinin cəsədi tapılıb
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən il avqustun 24-də İstanbulda - Bosfor boğazında təşkil olunan üzgüçülük marafonu zamanı itkin düşən rusiyalı məşqçi Nikolay Sveçnikovun cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, dünən İstanbulun Beşiktaş bölgəsinin Kuruçeşmə ərazi sularında aparılan təmizlik işləri zamanı üzərində çimərlik geyimi olan kişi meyiti aşkarlanıb. Meyit şəxsiyyətin müəyyən edilməsi üçün Məhkəmə-Tibb Ekspertizası Qurumunun morquna göndərilib. Aparılan araşdırma nəticəsində cəsədin ötən il yarış zamanı itkin düşən rusiyalı üzgüçüyə aid olduğu müəyyən edilib.
Xatırladaq ki, Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən ötən il 37-ci dəfə keçirilən Boğaziçi Qitələrarası Üzgüçülük Yarışında 81 ölkədən 2 min 820 idmançı iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 Yanvar 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















