Icma.az
close
up
RU
Ötən il dünyanın bir çox yerində temperatur orta göstəricilərdən yüksək olub

Ötən il dünyanın bir çox yerində temperatur orta göstəricilərdən yüksək olub

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

2025-ci il uzunmüddətli qeyri-adi yüksək temperatur tendensiyasını davam etdirərək tarixdə üçüncü ən isti il kimi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, qlobal orta temperatur 14,97 dərəcə Selsi təşkil edib ki, bu da 2023-cü ildən cəmi 0,01 dərəcə Selsi, tarixdə ən isti il olan 2024-cü ildən isə 0,13 dərəcə Selsi aşağıdır.

Sənayedən əvvəlki dövrlə müqayisədə 2025-ci ildə yer səthinin hava temperaturu 1,47 dərəcə Selsi yüksək olub. 2023–2025-ci illəri əhatə edən üçillik dövrdə orta temperatur ilk dəfə 1,5 dərəcə həddini aşsa da, uzunmüddətli qlobal istiləşmə səviyyəsi hazırda sənayedən əvvəlki göstəricilərdən təxminən 1,4 dərəcə yüksək qalır. Yalnız 2024-cü ildə temperatur 2015-ci il Paris Sazişində müəyyən edilmiş kritik 1,5 dərəcəlik həddi demək olar ki, bütün ölkələr üzrə keçib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qlobal istiləşmənin 1,5 dərəcədən yuxarı qalxması geri dönülməz mərhələlərin başlanmasına gətirib çıxara bilər. Bu isə dəniz səviyyəsinin yüksəlməsi, daha güclü istilik dalğaları və fırtınalar, eləcə də ekosistemlər və biomüxtəliflik üçün dağıdıcı və təhlükəli nəticələr yarada bilər.

2025-ci ildə dünyanın əhəmiyyətli hissəsində temperatur orta göstəricilərdən yüksək olub. Arktika və Antarktika da daxil olmaqla bir çox bölgədə rekord səviyyədə ikinci və ən yüksək illik temperaturlar qeydə alınıb. Şimal-qərb və cənub-qərb Sakit okean hövzələri, şimal-şərqi Atlantik, Uzaq Şərq, şimal-qərbi Avropa və Mərkəzi Asiya da rekord istilərlə seçilib.

Son 11 il ardıcıl olaraq tarixdə qeydə alınmış ən isti 11 il olub.

Okeanların istiləşməsi

“Advances” jurnalında dərc olunmuş tədqiqata əsasən, 2025-ci ildə okean temperaturu da rekord həddə çatıb. Ümumdünya Meteorologiya Təşkilatının illik bülletenində bildirilir ki, qlobal okean səthinin təxminən 33 faizi tarixi müşahidələr dövründə (1958–2025) ən isti üç il sırasına daxil olub, 57 faizi isə ilk beşliyə düşüb. Okeanlar Yer kürəsinin istiliyi udan əsas sistemi kimi insan fəaliyyəti nəticəsində yaranan artıq istiliyin 90 faizindən çoxunu özündə toplayır. Bu səbəbdən okean istiliyi iqlim dəyişikliyinin əsas göstəricilərindən biri hesab olunur.

Ekstremal hava hadisələri

2025-ci ildə ekstremal hava hadisələri bütün qitələrə təsir göstərib. Avropa, Asiya və Şimali Amerikada rekord istilik dalğaları və güclü fırtınalar müşahidə olunub, İspaniya, Kanada və ABŞ-ın Cənubi Kaliforniya ştatında isə dağıdıcı meşə yanğınları infrastrukturun məhvinə və onlarla insanın həlak olmasına səbəb olub. 2025-ci il qlobal miqyasda iqlim fəlakətləri baxımından ən baha başa gələn illərdən biri, ABŞ-da isə 2023 və 2024-cü illərdən sonra milyardlarla dollarlıq zərərlə üçüncü ən ağır il kimi qiymətləndirilib.

Mütəxəssislərin fikrincə, əsasən insan fəaliyyəti nəticəsində yaranan istixana qazı tullantıları sənayedən əvvəlki dövrlə müqayisədə daşqınlar, güclü yağışlar, fırtınalar və quraqlıqlar da daxil olmaqla bir sıra ekstremal hava hadisələrinin intensivliyinin artmasına səbəb olub. Bildirilir ki, 2025-ci ildə əsas üç istixana qazının tullantıları artmaqda davam edib. Son 50 ildə qazıntı yanacaqlarının qlobal istehlakı iki dəfədən çox artsa da, alimlər qlobal istiləşməni məhdudlaşdırmağın və yaşana bilən gələcəyi təmin etməyin yeganə yolunun qazıntı yanacaqlarının hasilatı və istehlakının azaldılması olduğunu bildirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Yanvar 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri