Ötən il Naxçıvanda 13 cinayət işi məhkəməyə göndərilib
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında 37 cinayət işinin ibtidai istintaqı aparılıb, onlardan 13-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilən 376 min 667 manat maddi ziyandan 367 min 302 manatının (97,51%) ödənilməsi təmin olunub.
Bundan əlavə 2024-cü ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanlarına 584 müraciət daxil olub, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 197, tabe rayon (şəhər) prokurorluqlarında isə 391 olmaqla, ümumilikdə 588 vətəndaş qəbul edilərək dinlənilib.
Müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 14 Yanvar 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















