Ötən il Naxçıvanda 4,3 milyon manat güzəştli kredit verilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 7 fevral, AZƏRTAC
2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 45 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar.
SİF-dən AZƏRTAC-a bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 4,3 milyon manat güzəştli kredit ayrılıb.
Kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. Layihələrin icrası nəticəsində 148 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 07 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















