Ötən il nikahdankənar doğulan uşaqların sayı açıqlandı
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ildə Azərbaycanda nikahdankənar doğulan uşaqların statistikası açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin açıqladığı illik hesabatda öz əksini tapıb.
Belə ki, ötən il ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 11 min 626 nəfər olub. Bunlardan 4999 nəfəri şəhər, 7027 nəfəri isə kənd yerlərində doğulub. Bu uşaqların 8499-u 15-29 yaş aralığında olan qadınlar tərəfindən dünyaya gətirilib.
Bakı şəhərində ötən il nikahdankənar doğulan uşaqların sayı 1258 nəfər təşkil edib.
Qeyd edək ki, ötən il nikahdankənar doğulan uşaqların sayında azalma müşahidə olunur. Belə ki, ötən il 11 min 626 nikahdankənar uşaq doğulmuşdusa, 2024-cü ildə 13 min 228, 2023-cü ildə 15 min 622, 2022-ci ildə isə 18 min 814 uşaq doğulub.
Gülnar Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 10 Sentyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















