Ötən il Səfəvi hökmdarı Sultan Hüseynin hakimiyyəti dövrünə aid sikkə tapılıb
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən il Ağsu rayonunun Şıxməzid abidəsi ərazisində aparılan arxeoloji qazıntılar zamanı 18 ədəd sikkə aşkar edilib.
Moderator.az xəbər verir ki, sikkələr Ağsu Arxeoloji Ekspedisiyasının rəhbəri, professor Qafar Cəbiyevin rəhbərliyi ilə tapılıb.
Tapıntılar ekspedisiyanın üzvü, tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova tərəfindən numizmatik təyinatının aparılması üçün Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.
Sikkələr ilkin olaraq muzeyin bərpa laboratoriyasında təmizlənib və Numizmatika fonduna təhvil verilib.
Sikkələrin numizmatik təyinatı Numizmatika fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova tərəfindən aparılıb.
Aparılan təyinat nəticəsində müəyyən edilib ki, sözügedən sikkələr Səfəvi hökmdarı Sultan Hüseynin hakimiyyəti dövründə (1693-1722) Gəncə, Şamaxı, Dərbənd, İrəvan, Təbriz, İsfahan və digər şəhərlərdə zərb edilib, çəkisi 1.3-18.45 qram arasında dəyişən gümüş sikkələrdir. "Abbasi", "şahı", "mahmudi", "bisti" kimi tanınan bu sikkələrin üzərində ərəb qrafikası ilə dini ifadələr, hökmdarın adı, imamların adları, müxtəlif titullar, zərb edildiyi şəhər və hicri tarix həkk olunub.
Qeyd edək ki, Sultan Hüseyn dövründə, həmçinin qızıl sikkələr (misqal və əşrəfilər) də dövriyyədə olub.
Baxış sayı:48
Bu xəbər 08 Yanvar 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















