Ötən il üçün cüdoda dünyanın ən yaxşısı kim olacaq?
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünya cüdosunda nominasiyalar üzrə 2024-cü ilin ən yaxşılarının müəyyənləşməsinə 5 gün qalıb. Sport24.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) müxtəlif nominasiyalar üzrə sorğunu davam etdirir.
Səsvermə 2024-cü il dekabrın 10-da başlayıb və bu il yanvarın 10-dək davam edəcək.
Olimpiya və dünya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) "İlin cüdoçusu" adına namizəddirlər. Azərbaycan idmançıları səsvermədə Hifume Abe, Takanori Naqase (hər ikisi - Yaponiya), Teddi Riner (Fransa), Laşa Bekauri (Gürcüstan) və Eldos Smetov (Qazaxıstan) ilə mübarizə aparırlar.
Azərbaycan daha dörd nominasiya üzrə səsvermədə təmsil olunur. "İlin məşqçisi" adına namizədlər arasında kişilərdən ibarət millimizin məşqçisi Rixard Trautman da var. Yeniyetmələr arasında dünya çempionu Nihad Məmişov "Parlamağa başlayan ulduz" nominasiyasında mübarizə aparır. "İlin ipponu" üçün səsvermədə isə Turan Bayramov və Zelim Tskayevin yerinə yetirdiyi fəndlər də var.
"Uşaqlar üçün cüdo" nominasiyasında namizədlər arasında Azərbaycan Cüdo Federasiyasının "Adaptiv cüdo" layihəsi də yer alıb.
2024-cü ildə cüdoda dünyanın ən yaxşıları mükafatlarını fevralın 1-2-də Parisdə keçiriləcək "Böyük Dəbilqə" turniri zamanı alacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 Yanvar 2025 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















