Icma.az
close
up
RU
Ötən ilin balına aldanmayın Məleykə Abbaszadə

Ötən ilin balına aldanmayın Məleykə Abbaszadə

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İxtisas seçimi öncəsi dəfələrlə qeyd edirdik ki, ötən ilin keçid balı builki keçid balının göstəricisi və ya təminatı kimi qəbul edilməməlidir. Keçid balı əvvəlcədən müəyyən edilmir. O, konkret ildə həmin ixtisasa neçə nəfərin, hansı nəticələrlə müraciət etməsindən və neçə plan yerinin olmasından asılı olaraq müsabiqənin sonunda formalaşır”.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ikinci cəhddə başqa ixtisas qrupu üzrə imtahan vermək imkanından istifadə edənlərin sayı azdır: “Burada başqa mühüm bir imkan da var. Artıq uzun illərdir ki, abituriyentlər iki dəfə qəbul imtahanında iştirak edə və müəyyən şərtlər daxilində ikinci cəhddə başqa ixtisas qrupu üzrə imtahan verə bilirlər. Lakin bu imkandan istifadə edənlərin sayı azdır. Birinci nəticə son deyil, amma o, hazırlıq səviyyəsi, güclü və zəif tərəflər barədə ciddi məlumatdır. İkinci cəhd yalnız “bu dəfə mütləq daha yüksək bal toplayacağam” ümidi deyil, strategiyanı yenidən qiymətləndirmək imkanı olmalıdır”.

DİM sədri qeyd edib ki, boş qalan yerlər üzrə seçim mərhələsində sistem abituriyentlərə daha geniş imkanlar yaradır. Belə ki, abituriyent eyni elektron ərizədə həm ali təhsil müəssisələrinin boş qalan yerlərini, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını göstərə bilər: ““Siyahıda 20-dək ixtisas kodu yazmaq mümkündür və onların ardıcıllığını abituriyent özü müəyyən edir. Yəni, məsələn, Bakıdakı bir kollec ixtisasını regiondakı ali məktəb ixtisasından əvvəl və ya əksinə yazmaq mümkündür – bu, abituriyentin seçimidir”.

Bildirilib ki, müsabiqə iki fərqli seçim üzrə aparılır. Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul zamanı müvafiq qrup üzrə ümumi nəticə, yəni birinci və ikinci mərhələnin nəticələri nəzərə alınır. Orta ixtisas təhsili müəssisələrində isə müsabiqə yalnız birinci mərhələnin – buraxılış imtahanının ümumi balı əsasında aparılır: “Bu fərq çox vacibdir. Məsələn, III qrup üzrə blok imtahanında tələb olunan minimum nəticəni toplamayan abituriyent ali məktəbin həmin qrup üzrə müsabiqəsində iştirak etməyə bilər. Amma onun buraxılış imtahanında yüksək nəticəsi varsa, orta ixtisas təhsili müəssisələrinin bir çox ixtisasları üzrə kifayət qədər rəqabətqabiliyyətli ola bilər”.

Məleykə Abbaszadə vurğulayıb ki, “Abituriyent” jurnalının 5-ci nömrəsində tam orta təhsil bazasında orta ixtisas təhsili üzrə təxminən 18,4 min plan yeri təqdim olunub.

İxtisaslar ali məktəblərdə qəbul edilən əsas istiqamətlərə məzmun baxımından şərti şəkildə uyğunlaşdırıldıqda, təxminən 5,7 min yerin (31%) II qrupa yaxın iqtisadiyyat, maliyyə, idarəetmə, turizm və logistika istiqamətlərinə, 5,1 min yerədək (28%) IV qrupa yaxın tibb, biologiya, aqrar və ekoloji istiqamətlərə, 4,8 minədək yerin (26%) I qrupa yaxın İT, texnika, energetika, nəqliyyat, rabitə və sənaye istiqamətlərinə aid olduğu bildirilib. Həmçinin 1,8 minədək yer (10%) III qrupa yaxın sosial, humanitar və pedaqoji istiqamətləri, təxminən 0,9 min yer (5%) isə V qrupa yaxın incəsənət, dizayn və qabiliyyət tələb edən istiqamətləri əhatə edir.

“Bu bölgü DİM-in rəsmi qrup təsnifatı deyil, ixtisasların məzmununa əsaslanan analitik müqayisədir. Bu rəqəmlər göstərir ki, orta ixtisas təhsili yalnız ‘ali məktəbə qəbul ola bilməyənlər üçün ehtiyat variant’ deyil. Əksinə, burada iqtisadiyyat və idarəetmədən başlayaraq İT və texniki sahələrə, səhiyyə və aqrar istiqamətlərdən sosial və yaradıcı peşələrə qədər geniş seçim mövcuddur.

Kolleci bitirən subbakalavrların sonradan uyğun bakalavriat ixtisasları üzrə ali təhsilin bakalavriat səviyyəsində müsabiqə yolu ilə təhsillərini davam etdirmək hüququ da mövcuddur.

Ona görə də ‘mütləq ali məktəbə qəbul olmalıyam’ düşüncəsi ilə təsadüfi ixtisas seçmək düzgün deyil. Bəzən yaxşı seçilmiş orta ixtisas təhsili proqramı insanın maraqlarına və gələcək peşəsinə uyğun olmayan ali məktəb ixtisasından daha doğru başlanğıc ola bilər”, – DİM sədri əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri