Icma.az
close
up
RU
Ötən ilin qalib idmançıları

Ötən ilin qalib idmançıları

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı yanvarın 9-da təntənəli mərasim keçirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələrinin qatıldığı toplantıda iştirak ediblər.
Qala mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib. O bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Nazir Prezident İlham Əliyevin ötən ilin idman yekunları ilə bağlı mərasimdə idman ictimaiyyətinin uğur qazanmış nümayəndələrini mükafatlandırdığını diqqətə çatdırıb, bu addımın idmançılara ruh verdiyini bildirib. F.Qayıbov 2025-ci ilin idmanımız üçün daha uğurlu olacağına inandığını söyləyib.
Daha sonra 2024-cü ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edilib. Federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mərasimdə ilin ən yaxşı media qurumları da açıqlanıb. Birinci yerə “CBC Sport” layiq görülüb. İkinci isə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) olub. AZƏRTAC-a mükafatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib. Üçüncü sıranı isə İdman.biz tutub.

İlin ədalətli oyun 
(“fair-play”) mükafatçısı

1) Qaşım Maqomedov (Taekvondo)
2) Leyla Abidinova (Atletika)
3) Nərmin Şərifova (Badminton)

İlin ən yaxşı idman tədbiri

1) Formula 1 Azərbaycan Qran-Prisi (Bakı)
2) Beynəlxalq Avarçəkmə Reqatası 
(Füzuli və Mingəçevir)
3) Cüdo üzrə "Böyük Dəbilqə" turniri 
(Bakı)

İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi 

1) “Ulduz” Futbol Akademiyası 
2) ROEQİUG Velosiped məktəbi
3) Masallı Rayon Uşaq və Gənclər Məktəbi

İlin idman mövzusunda ən yaxşı videoçarxı

1) “Bir də gəlsəm” – Azərbaycan Cüdo 
Federasiyası
2) “Doğru hədəfə yönəl” – ATV 
3) Güləşçilərin musiqi testi – 
Azərbaycan Güləş Federasiyası 

İlin ən yaxşı idman fotoqrafı 

1) Zaur Mustafayev (Trend.az)
2) Nadejda Cavad
3) İslam Atakişiyev (İdman.biz)

İlin ən yaxşı media qurumu 

1) “CBC Sport”
2) AZƏRTAC 
3) İdman.biz

İlin ən yaxşı idman jurnalisti 

1) Elmir Əliyev (Haqqın.az)
2) Kənan Hakimov (İctimai TV)
3) Nazilə Əhmədova (Real TV)

İlin ən yaxşı idman klubu

1) “Ocaq Sport” İdman Klubu
2) “Neftçi” İdman Klubu
3) “Volan” Badminton Klubu

İlin ən yaxşı idman qurğusu

1) Milli Gimnastika Arenası
2) Bakı Su İdmanı Sarayı 
3) “Kür” Olimpiya Tədris-İdman Mərkəzi

İlin ən yaxşı Olimpiya 
İdman Kompleksi

1) Quba Olimpiya İdman Kompleksi 
2) Goranboy Olimpiya İdman Kompleksi 
3) Ağdaş Olimpiya İdman Kompleksi 

İlin ən yaxşı tibb personalı 

1) Aydın Ağaliyev (Gimnastika)
2) Nigar Heydərova (MİTRİ)
3) Ramil Vəliyev (Cüdo)

İlin ən yaxşı idman hakimi

1) Emil Qurbanəliyev (Boks)
2) Nataliya Bulanova (Gimnastika)
3) Asif Şirəliyev (Güləş)

2024-cü ildə uğurlu beynəlxalq 
fəaliyyətə görə 

1) Azərbaycan Atçılıq Federasiyası 
2) Azərbaycan Atıcılıq Federasiyası
3) Azərbaycan Ağırlıqqaldırma 
Federasiyası

İlin ən yaxşı idman federasiyası

1) Azərbaycan Cüdo Federasiyası
2) Azərbaycan Gimnastika Federasiyası
3) Azərbaycan Güləş Federasiyası 

İlin kişilərdən ibarət ən yaxşı klub komandası (oyun idman növləri)

1) “Qarabağ” Futbol Komandası
2) “Azərreyl” çimərlik voleybol komandası
3) “Birbaşa Bakı” Minifutbol komandası 

İlin qadınlardan ibarət ən yaxşı 
klub komandası (oyun idman növləri)

1) “Azərreyl” çimərlik voleybol komandası 
2) “Neftçi” 3x3 basketbol komandası 
3) “Qarabağ” həndbol komandası 

İlin kişilərdən ibarət 
ən yaxşı milli komandası

1) Yunan-Roma güləşi üzrə milli komanda
2) Cüdo üzrə milli komanda
3) Sərbəst güləş üzrə milli komanda

İlin qadınlardan ibarət 
ən yaxşı komandası 

1) Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 
2) 3x3 basketbol üzrə milli komanda 
3) Güləş üzrə milli komanda 

İlin qeyri-Olimpiya idman növləri üzrə ən yaxşı məşqçisi

1) İradə Qurbanova 
(Akrobatika gimnastikası)
2) Adil Hüseynzadə 
(Tamblinq gimnastikası)
3) Eduard Məmmədov (Kikboksinq)

İlin ən yaxşı qadın məşqçisi

1) Siyana Vasileva (Bədii gimnastika)
2) Solmaz Adilova (Qadın güləşi)
3) Larisa Axundova (Kanoe və kayak)

İlin ən yaxşı kişi məşqçisi

1) Riçard Trautman (Cüdo)
2) Məmməd Abdullayev (Taekvondo)
3) Qurban Qurbanov (Futbol)

Qeyri-Olimpiya növləri üzrə 
ilin ən yaxşı idmançısı

1) Ağasif Rəhimov və Raziyə Seyidli 
(Akrobatika)
2) Ülviyyə Fətəliyeva (Şahmat)
3) Əliqismət Həsənov (Karate)

İlin ən yaxşı qadın paralimpiyaçısı

1) Lamiyə Vəliyeva (Paraatletika)
2) Dürsədəf Kərimova (Paracüdo)
3) Könül Süleymanova (Paraüzgüçülük)

İlin ən yaxşı kişi paralimpiyaçısı

1) İmaməddin Xəlilov (Parataekvondo)
2) Səid Nəcəfzadə (Paraatletika)
3) İlham Zəkiyev (Paracüdo)

İlin ən yaxşı qadın idmançısı 

1) Yaylagül Ramazanova 
(Kamandan oxatma)
2) Anna Skidan (Atletika)
3) Mariya Stadnik (Güləş)

İlin ən yaxşı kişi idmançısı

1) Hidayət Heydərov (Cüdo)
2) Zelim Kotsoyev (Cüdo)
3) Qaşım Maqomedov (Taekvondo)

Tədbirdə karyerasını başa vurmuş bədii gimnastlar Zöhrə Ağamirova və Zeynəb Hümmətova, güləşçilər Hacı Əliyev və Sabah Şəriəti idmanın inkişafındakı xidmətlərinə görə təltif olunublar.
Tədbir bədii hissə ilə davam edib.


XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Yanvar 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri