Ötən mövsümdə ən çox cəzalandırılan klub Turan Tovuz olub
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün cərimələr statistikası açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası təqdim etdiyi hesabatda məlumat yayılıb.
Ötən mövsüm ərzində qayda pozuntularının orta sayı 12.78 olub.
Orta hesabla ən çox qayda pozuntusu edən komanda "Sabah" (15.36), ən az edəni isə "Qarabağ"dır (11.59).
Futbolçularına ən çox qırmızı vərəqə göstərilən kollektiv "Araz-Naxçıvan" (4), ən çox birbaşa qırmızı vərəqə göstərilən klub isə "Neftçi" (3) olub. Ən az qırmızı vərəqə "Zirə" və "Səbail" futbolçularına göstərilib.
"Şamaxı" və "Kəpəz"in üzvlərinə isə birbaşa qırmızı vərəqə təqdim olunmayıb.
Mövsüm ərzində ümumilikdə 671 sarı vərəqə göstərilibsə, bu göstəricidə lider "Turan Tovuz"dur - 77. Bu statistikada ən az göstərici "Qarabağ"dadır - cəmi 53 sarı vərəqə.
Premyer Liqanın ötən mövsümündə ən çox qayda pozuntusu edən futbolçu Giorgi Kantariya ("Şamaxı", orta hesabla 2.61 fol), ən çox qırmızı vərəqə alan futbolçu Edvin Kuç ("Neftçi", 2 qırmızı vərəqə), ən çox sarı vərəqə alan futbolçu isə Vanderson Melodur ("Araz-Naxçıvan", 11 sarı).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 Avqust 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















