Ov silahı ilə atəş açdı, oğul yox, atası öldü Şübhəli saxlanıldı
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib.
Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Ov tüfəngindən atəş açdı: Oğul yox, atası öldü
26 Mart 2026 20:40
Ov tüfəngindən açılan atəş nəticəsində öldü
18 Noyabr 2024 21:32
Astarada anasını qətlə yetirməkdə şübhəli bilinən oğul saxlanıldı
22 Avqust 2025 18:32
Ağdaşda bıçaqlanma: Şübhəli saxlanıldı
04 Dekabr 2025 09:39
Baxış sayı:178
Bu xəbər 26 Mart 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















