Icma.az
close
up
RU
“Oval kabinet” sülh qaranquşu rolunda...

“Oval kabinet” sülh qaranquşu rolunda...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident Tramp bütün Avropanı masasına yığdı

Avqustun 18-də Vaşinqtonda Rusiya-Ukrayna müharibəsinin yekunlaşması ilə bağlı növbəti danışıqlar raundu təşkil olunub. Bu dəfə Ağ Evin “qonağı” Ukrayna prezidenti Volodimir Zelenski və Avropa kontingentinin liderləri olub. İlk olaraq təkbətək görüş keçirən ABŞ və Ukrayna liderləri təxminən bir saata yaxın müzakirə aparıblar. ABŞ prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində Ukrayna dövlətinin başçısı ilə görüşməyi “böyük şərəf” adlandırıb.

Atəşkəssiz sülh...

ABŞ lideri görüşdə bir çox məqamlara toxunub. O bildirib ki, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda irəliləyiş əldə olunub və ola bilsin ki, onun Rusiya prezidenti Vladimir Putinlə bu yaxınlarda keçirdiyi görüş müəyyən nəticələr verəcək. Ağ Ev rəhbərinin fikrincə, Putin müharibənin bitməsini istəyir. Tramp Zelenski ilə hazırkı görüş uğurlu olarsa, müharibəyə son qoymaq üçün Putin və Zelenski ilə üçtərəfli sammit keçirəcəyinə ümid etdiyini önə çəkib. ABŞ Ukraynada müharibəni dayandırmaq üçün atəşkəs olmadan danışıqlar aparmaq istədiyini vurğulayır - Tramp Zelenskinin yanında “məncə atəşkəs lazım deyil” deyə mövqeyini açıqlayıb.

Bildirilib ki, ABŞ Rusiya ilə müharibəyə son qoymaq üçün sülh sazişinin bir hissəsi kimi təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak edəcək. Tramp deyib ki, Avropa ölkələri ilk müdafiə xətti olsa da, ABŞ onlara da kömək edəcək. “Çoxlu, çoxlu təhlükəsizlik yardımı olacaq. Çoxlu yardım olacaq” - Tramp sözlərinə davam edib. Vaşinqtonun Kiyevə nə qədər yardım etməyə hazır olduğu sualına Tramp belə cavab verib: “Biz hazırda Ukraynaya heç nə vermirik, silah satırıq”.

25 dəqiqəyə yaxın davam edən mətbuat konfransından sonra Zelenski həyat yoldaşı Yelena Zelenskayanın Amerikanın birinci xanımı Melani Trampa ünvanladığı məktubu ABŞ prezidentinə təqdim edib. Ukrayna dövlətinin başçısı müharibə başa çatdıqdan sonra Ukraynada seçkilər keçirməyə hazır olduğunu bəyan edib.

ABŞ prezidenti də öz növbəsində Ukrayna və Avropaya təhlükəsizlik zəmanəti verəcəyini vəd edib. Tramp atəşkəsə deyil, uzunmüddətli sülhə nail olmaq istədiyini bildirib və ABŞ, Ukrayna və Rusiya prezidentlərinin üçtərəfli görüşü olacağı təqdirdə müharibəni bitirmək üçün yaxşı şanslardan danışıb.

Avropa narahatdır...

Xarici mətbuat ikitərəfli görüşün keçirildiyi dəqiqələrdə avropalı siyasətçilərin, dövlət və hökumət başçılarının da Ağ Evdə olduğunu yazıb. Hətta bəzi nəşrlər avropalı liderlərin bir saat davam edən görüş zamanı Trampın Zelenskiyə təzyiq göstərə biləcəyindən narahatlıq keçirdiyini vurğulayıblar. Onlar narahat olublar ki, Tramp Zelenskini Avropa liderlərinin istəmədiyi bir şeylə razılaşdırar.

İkitərəfli görüş bitdikdən sonra isə genişformatlı görüşə start verilib. Danışıqlar başlamazdan əvvəl dövlət və hökumət başçıları açıq bəyanatlarla çıxış ediblər.

Genişformatlı görüş...

Genişformatlı görüş müharibənin bitmə şərtlərinin ümumi müzakirəsinə həsr edilib - belə ki, Avropa kontingentinin mövqeyinə əsasən bu müharibə həm də bütövlükdə, qitə üçün böyük təhdidlər formalaşdırıb və sülh, təhlükəsizlik zəmanəti məsələsi də birgə müzakirələrdə öz həllini tapmalıdır. Görüşdə Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa liderləri və Donald Tramp danışıqlar zamanı atəşkəsin təmin olunmasını tələb edirlər.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mühüm görüş barədə açıqlama yayıb. Prezidentin sözlərinə görə, bu görüşdə Ukrayna prezidenti Volodimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksandr Stubb, İtaliyanın baş naziri Corca Meloni, Böyük Britaniyanın baş naziri Keir Starmer, Almaniya Federativ Respublikasının kansleri Fridrix Merts,  Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, NATO baş katibi Mark Rütte iştirak ediblər. Tramp qeyd edib ki, görüş Oval kabinetdə davam edib və müzakirələr əsasən Ukraynanın təhlükəsizlik təminatları üzərində cəmləşib. Onun sözlərinə görə, bu təminatlar müxtəlif Avropa ölkələri tərəfindən veriləcək və ABŞ-la koordinasiya şəklində həyata keçiriləcək. “Biz çox yaxşı görüş keçirdik. Zelenski, Makron, Stubb, Meloni, Starmer, Merts, Fon der Lyayen və Rütte ilə müzakirələr çox məhsuldar oldu. Oval kabinetdə davam edən görüş zamanı biz Ukraynaya təhlükəsizlik zəmanətlərini müzakirə etdik. Bu zəmanətlər müxtəlif Avropa ölkələri tərəfindən veriləcək, ABŞ isə bütün prosesin koordinasiyasını həyata keçirəcək”, - deyə Tramp bəyan edib.

Tramp Putinə zəng etdi...

Vaşinqton görüşü məsələnin yeni formatda müzakirəsinə yol açıb - belə ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilməsi gözlənilən üçtərəfli görüşlə bağlı hazırlıqlara başladığını bəyan edib. “Mən prezident Putinə zəng vurdum və prezident Putinlə Zelenski arasında keçiriləcək görüş üçün hazırlıqlara başladım, yeri müəyyənləşdiriləcək”.

Xatırladaq ki, avropalı siyasətçilərin də iştirakı ilə keçirilən genişformatlı müzakirələr zamanı ABŞ prezidenti iclası yarımçıq qoyaraq Rusiya prezidentinə zəng edib. Daha sonra Tramp iclasa qatılıb.  ABŞ prezidenti deyib ki, həmin görüş baş tutandan sonra üçtərəfli danışıqlarımız olacaq. ABŞ lideri əlavə edib ki, Ukrayna üçün təhlükəsizlik təminatları ABŞ-la razılaşdırılacaq və Avropa ölkələri tərəfindən təmin olunacaq. “Axios” Putin və Zelenski görüşünün avqustun sonunadək keçiriləcəyinə ümid edildiyini yazıb.

Zəmanəti kim necə verəcək?

Təhlükəsizlik zəmanəti məsələsi keçirilən görüşlərin ana xəttlərindən birini təşkil edib. Zelenski qeyd edib ki, Ukrayna üçün təhlükəsizlik təminatlarının, böyük ehtimalla, 7-10 gün ərzində formalaşdırılaraq kağıza köçürüləcək: “Bütün bunlar 7-10 gün ərzində hansısa formada kağız üzərində rəsmiləşəcək”.

Zelenski qeyd edib ki, zəmanətlərin üç əsas komponenti var: Ukrayna ordusunun silahlanması, müttəfiqlərin öhdəlikləri və Ukraynanın müdafiə sənayesi kompleksinin inkişafı.

O əlavə edib ki, təminatların necə olacağı, xüsusən də Ukraynaya xarici qoşunların yerləşdirilməsinin daxil olub-olmayacağı barədə danışmaq hələ tezdir: “Söhbət hücum təkrar olunarsa, Ukraynanı qorumaq üçün hansı qüvvələrin çalışacağından gedir. Söhbət 30-a yaxın ölkədən “istəklilərin koalisiyası”ndan gedir. Biz başa düşəcəyik ki, bu ölkələrdən hansı real bir şey təklif edə bilər”.

Almaniya kansleri Fridrix Merz isə görüşdən sonra Ukrayna mövzusu ilə bağlı könüllülər koalisiyasının videokonfransının keçiriləcəyini diqqətə çatdırıb. “İstəklilər koalisiyası”nın videokonfransı olacaq. Bu, ümumilikdə, 32 dövlətdir ki, Ukraynaya əlavə yardım göstərməyə hazırdır”.

Finlandiya prezidenti Alexander Stubb da hesab edib ki, Qərb ölkələri bir həftə ərzində Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılığa gələ bilərlər.

ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə isə Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasında və təmin edilməsində təkcə Avropa müttəfiqləri deyil, Avropadan kənar ölkələr də iştirak edəcək. O, “Fox News”a müsahibəsində bildirib ki, ABŞ bu məsələ üzərində işləyəcək: “Biz avropalı müttəfiqlərimizlə və yeri gəlmişkən, qeyri-Avropa ölkələri ilə belə təhlükəsizlik təminatları yaratmaq üçün işləyəcəyik. Hazırda bunun üzərində işləyirik”. O əlavə edib ki, zəmanətlər “sülh sazişindən sonra yaradılmalıdır ki, Ukrayna gələcəkdə özünü təhlükəsiz hiss etsin”.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen vurğulayıb ki, Avropa İttifaqı Ukraynanın həm təhlükəsizliyi, həm də sülh prosesində qalıcı nəticələr əldə etməsi üçün ABŞ və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir. 

NATO-dan kənar NATO zəmanəti

NATO-nun Baş katibi Mark Rutte Trampın Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak vədini “sıçrayış” adlandırıb. Rutte hesab edib ki, ABŞ prezidenti Donald Trampın Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirak etmək vədi müharibənin mümkün sona çatması üçün həlledicidir. Rutte Tramp, Zelenski və Avropa liderləri arasında danışıqlardan əvvəl deyib ki, Trampın təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazır olması barədə bəyanatı böyük addımdır. “Bu, həqiqətən, bir irəliləyişdir və həlledicidir. Buna görə də sizə təşəkkür edirəm”, - deyə Rutte bildirib.

Öz növbəsində, Avropa Komissiyasının sədri Ursula Fon der Leyen NATO Qarşılıqlı Yardım Müqaviləsinin 5-ci maddəsinin müddəalarına oxşar təhlükəsizlik təminatları üzərində iş barədə eşitməyin çox xoş olduğunu bildirib.

Ukraynanın tələbi...

Xarici mətbuat isə Ukraynanın heç bir razılaşmanı, o cümlədən Rusiyaya ərazi güzəştlərini qəbul etməyəcəyini və tam sülh sazişinə doğru ilk addım kimi atəşkəsdə israrlı olduğunu yazıb. “Financial Times” bildirib ki, Ukrayna, həmçinin ABŞ-ın təhlükəsizlik zəmanətlərini almaq üçün müqavilənin bir hissəsi kimi Avropa tərəfindən maliyyələşdirilən 100 milyard dollarlıq ABŞ silahları alacağını vəd edir. Bundan əlavə, nəşr Kiyev və Vaşinqtonun Ukrayna şirkətləri tərəfindən pilotsuz təyyarələrin istehsalı üçün 50 milyard dollarlıq müqavilə bağlayacağını yazıb.

Nəşrin əldə etdiyi və liderlərin görüşündə müzakirə olunduğu bildirilən sənədə görə, Kiyev Putinin Donbassdan çıxmaq, cəbhə xəttinin qalan hissəsinin dondurulması təklifini də rədd edir. Sənəddə deyilir ki, bu, “Rusiya qoşunlarının Dnepr istiqamətində daha da sürətlə irəliləməsi üçün tramplin” yaradacaq və Putinə “başqa vasitələrlə təcavüz məqsədlərinə çatmağa” imkan verəcək.

Nəşrin dərc etdiyi Zelenski, Tramp və Avropa liderləri arasında Ağ Evdə keçirilən görüşün məxfi sənədlərində Ukraynanın sövdələşmənin bir hissəsi kimi hansı silahları almaq istəməsi göstərilmir, lakin Kiyev şəhərlərini və mühüm infrastrukturunu qorumaq üçün ən azı 10 Amerika istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi, eləcə də digər raket və avadanlıq almaq istədiyini açıqlayıb. Sənəddə dron müqaviləsinin nə qədərinin satınalma və nə qədər investisiya olacağı göstərilmir.

Bundan əlavə, Kiyev müharibəyə dəymiş ziyana görə Rusiyadan tam təzminat tələb edir ki, bu da potensial olaraq Qərb ölkələrində dondurulmuş Rusiyanın 300 milyard dollarlıq suveren aktivlərindən ödənilə bilər. Sənəddə əlavə olunur ki, Rusiya gələcək sülh sazişinə əməl etsə və “ədalətli davransa” hər hansı sanksiyaların yüngülləşdirilməsinə icazə verilməlidir.

İşğal xəritəsi...

Tramp-Zelenski danışıqlarında diqqət çəkən məqamlardan biri də otaqda asılmış Ukrayna xəritəsi olub. Belə ki, Ağ Evdə təqdim olunan xəritədə Rusiyanın Ukrayna ərazilərinə nəzarət faizi açıqlanıb. Xəritədə ölkənin şərq hissəsi çəhrayı rənglə işarələnib ki, həmin ərazilər işğal altında olan ərazilərdir. Məlumata görə, vəziyyət aşağıdakı kimidir:

Luqansk - 99%

Donetsk - 76%

Zaparojye - 73%

Xerson - 73%

Xarkov - 4%

Dnepropetrovsk - 1%

Nikolayev - 1%

Sumı - 1%

Vyana, Cenevrə, İstanbul...

Qeyd edək ki, artıq Rusiya və Ukrayna prezidentlərinin görüşə biləcəyi ünvanlarla bağlı iddialar və təkliflər səsləndirilməkdədir. Məsələn, “Reuters” agentliyi yüksək vəzifəli Ağ Ev məmuruna istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü Macarıstanda keçirilə bilər. Qeyd edək ki, Macarıstan daha əvvəl Tramp və Putinin görüşü üçün mümkün yerlərdən biri kimi nəzərdən keçirilmişdi və həmin görüş nəticədə Alyaskada baş tutmuşdu. CNN telekanalının məlumatına görə isə, Macarıstanın Baş naziri Viktor Orban həm ABŞ, həm də Rusiya prezidentlərinə yaxın mövqedədir.

Digər bir təkliflə isə Fransa prezidenti Emmanuel Makron çıxış edib. O, TF1 telekanalına müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün yerlərdən biri Cenevrə şəhəridir. Makronun sözlərinə görə, danışıqların 2019-cu ildə olduğu kimi Parisdə aparılmasından söhbət gedə bilməz. “Vəziyyət fərqli mərhələdədir, ona görə də neytral ölkə tapmaq lazımdır. Ola bilsin ki, İsveçrə, mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Sonuncu dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr olub”, - o qeyd edib.

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Avqust 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see222

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see204

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see149

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see146

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see143

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see143

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see132

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see129

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see126

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see124

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see123

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see123

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see122

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see122

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see121

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see119

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see119

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri