Icma.az
close
up
RU
Oveçkin 32 ci dəfə het trik etdi, Qretskiyə bir qədər də yaxınlaşdı

Oveçkin 32 ci dəfə het trik etdi, Qretskiyə bir qədər də yaxınlaşdı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Müasir MHL-in ən parlaq simalarından olan Aleksandr Oveçkin xarüqələr yaratmaqdadı.

"Football-plus.az" xəbər verir ki, “Vaşinqton” “Edmonton”u darmadağın etdi. Paytaxt klubunun 39 yaşlı ulduzu bu qələbədə önəmli rol oynadı. Karyerasında 32-ci dəfə het-trik edən Oveçkin bu göstəricidə kanadalı Fil Espozitoya çatdı və MHL tarixində 5-cü pilləyə yüksəldi. Het-triklərin sayına görə rekordçu Ueyn Qretskidi (50). İlk “3-lük”də Mario Lemye (40) ilə Mayk Bossi (39) də yer alıb. 4-cü pillədə isə Brett Hall (33) qərarlaşıb.
Oveçkinin son het-trikini əlamətdar edən başqa məqamlar da var. Belə ki, o, MHL tarixinə üç fərqli onillikdə minimum 200 qol vuran ilk hokkeyçi kimi düşdü. Rusiyalı ulduz bu het-triklə 2020-ci il yanvarın 1-dən bəri vurduğu qolların sayını 200-ə çatdırdı. Oveçkin 2000-ci illərdə 245, 2010-cu illərdə isə 437 dəfə fərqlənib. Ümumiyyətlə, MHL karyerası ərzində vurduğu qolların sayı artıq 882-yə bərabərdi. Oveçkin hazırda Qretskinin məlum rekordunu (894) təkrarlamaq üçün daha 12 qol vurmalıdı.
“Vaşinqton”un baş məşqçisi Spenser Karberi də 39 yaşlı ulduzun çıxışına heyranlığını gizlədə bilməyib:

“Onun bu gün vurduğu qollar çox vacib idi. Siz indi 39 yaşında bütün bunları bacaran hokkeyçi haqda hekayə və ya kitab yaza bilməzsiz. Çox qeyri-adi işlər görür”.


22 fevral
Detroyt – Minnesota 3:4 ОТ (1:0, 1:1, 1:2, 0:1)
Filadelfiya – Edmonton 6:3 (1:2, 4:1, 1:0)
Pittsburq – Vaşinqton 3:8 (1:1, 1:5, 1:2)
23 fevral
Baffalo – Reyncers 8:2 (5:0, 0:2, 3:0)
Florida – Sietl 1:2 (0:1, 1:0, 0:1)
Neşvill – Kolorado 2:1 (0:0, 1:1, 1:0)
Nyu-Cersi – Dallas 2:4 (0:2, 0:0, 2:2)
Boston – Anahaym 2:3 ОТ (0:2, 1:0, 1:0, 0:1)
Kolambus – Çikaqo 5:1 (1:0, 2:1, 2:0)
Ottava – Monreal 2:5 (2:3, 0:2, 0:0)
Sent-Luis – Vinnipeq 3:4 Б (1:1, 0:1, 2:1, 0:0, 0:1)
Toronto – Karolina 6:3 (4:0, 0:0, 2:3)
Los-Anceles – Yuta 5:3 (1:1, 2:1, 2:1)
Veqas – Vankuver 3:1 (0:0, 1:1, 2:0)
Vaşinqton – Edmonton 7:3 (2:1, 3:0, 2:2)
Pittsburq – Reyncers 3:5 (1:1, 0:1, 2:3)
24 fevral
Detroyt – Anahaym 5:4 ОТ (3:1, 1:1, 0:2, 1:0)
Neşvill – Nyu-Cersi 0:5 (0:1, 0:2, 0:2)
Sent-Luis – Kolorado 3:1 (0:1, 3:0, 0:0)
Tampa-Bey – Sietl 4:1 (0:0, 1:0, 3:1)
Çikaqo – Toronto 2:5 (1:0, 1:3, 0:2)
Aylenders – Dallas 3:4 (0:1, 2:3, 1:0)
Kalqari – San-Xose 3:2 (1:1, 1:0, 1:1)
Yuta – Vankuver 2:1 (0:0, 1:1, 1:0)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Mart 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri