Icma.az
close
up
RU
Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan ərazisindən keçən birbaşa dəmir yolu əlaqəsinin bərpası Cənubi Qafqazda sülhün və əməkdaşlığın möhkəmlənməsinə real töhfədir.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, noyabrın 5-də axşam saatlarında Rusiya ərazisindən yola düşən taxıl daşıyan qatar Azərbaycan və Gürcüstan üzərindən Ermənistana çatıb:

“Azərbaycan və Gürcüstan ərazisindən keçən Rusiya ilə Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsinin başlanmasını alqışlayırıq. Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfə bu formatda birbaşa nəqliyyat əlaqəsi qurulur. Bu hadisə Cənubi Qafqazda sülhün bərqərar olmasına, regional sabitliyə və iqtisadi inkişafına real töhfədir”.

Aleksey Overçuk qeyd edib ki, yeni marşrut Rusiyanın Cənubi Qafqaz ölkələri ilə nəqliyyat əlaqələrini gücləndirəcək, Ermənistan bazarlarının Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələr üçün əlçatanlığını artıracaq, eyni zamanda Ermənistan məhsullarının Aİİ bazarlarına çıxışını asanlaşdıracaq:

“Bu yol ilə ilk daşınan yükün Rusiya taxılı olması simvolik məna daşıyır. Taxıl həyatın və yaradıcılığın rəmzidir. Bu fakt Cənubi Qafqazda qarşıdurmadan əməkdaşlığa keçid istiqamətində ümumi istəyimizi bir daha nümayiş etdirir”.

Ölkə rəsmisi həmçinin regionda nəqliyyat əlaqələrinin bərpası istiqamətində əməkdaşlığa görə tərəfdaş ölkələrə təşəkkür edib:

“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı birgə fəaliyyətə görə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevə, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryana, eləcə də bu marşrutun təşkili prosesində konstruktiv mövqe nümayiş etdirdiyinə görə Gürcüstana təşəkkürümü bildirirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri