Icma.az
close
up
RU
Overçukdan Bakıya sətiraltı hədə: Gözün üstə qaşın var deməyin!

Overçukdan Bakıya sətiraltı hədə: Gözün üstə qaşın var deməyin!

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hamı düşünür ki, hazırda Azərbaycanı, konkret olaraq Bakını bombalamağa çağırış edən Rusiya rəsmiləri Azərbaycan- Rusiya münasibətləri korlandıqdan sonra belə aqressiv olub.


Xeyir bu belə deyil.
Biz Rusiya ilə nə qədər dürüst münasibət saxlamağa çalışsaq da Rusiya hər zaman bizə qarşı belə aqressiyalı, ikili standartlı münasibətdə olub.
Sadəcə biz onun aqressiyalarına cavab verib özümüzü Gürcüstanın, Ukraynanın gününə salmaqdan çəkinmişik. Rusiyanın nəinki rəsmiləri , eləcə də bütün təbəqələri azərbaycanlılara, türklərə qarşı nifrətlə yaşayıb.
Azərbaycan dövləti və xalqı olaraq o aqressiyanı bütün çılpaqlığı ilə bunu anlayıb.
Bu gün xəbərləri nəzərdən keçirən zaman Rusiyanın köhnə münasibətinin yeni ifadəsinə rast gəldim. Deməli, Rusiya baş nazirinin müavini Aleksey Overçuk ikili standarlarını ortaya qoyub. O jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanla Zəngəzur dəhlizini müzakirə edəcək: "Gələn həftənin sonunda mənim də Azərbaycan tərəfi ilə görüşüm nəzərdə tutulub. Biz orada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə baxacağıq".
İndi isə Overçukun Ermənistanla bağlı nə dediyinə nəzər yetirək! O mediaya deyib ki, İrəvan lazım bildiyi halda, Rusiya Azərbaycanla “Tramp marşrutu” adlı nəqliyyat dəhlizi yaratmaq planlarında Ermənistanı dəstəkləyəcək.(Yəni, İrəvan “Tramp marşrutu” mövzusunda Azərbaycandan bir çətinlik görərsə, Rusiya Ermənistanı müdfiə edəcək- red-ƏR ):"Biz bu məsələni bu kontekstdə müzakirə edirik. Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan nəyinsə onun üçün xeyirli olduğunu düşünürsə, təbii ki, biz burada Ermənistanı dəstəkləyəcəyik".
Overçuk və onun təmsil etdiyi hökümət Trampın Ermənistandan 100 illiyinə "kupçası"nı aldığı yolun müzakirəsini Azərbaycanla  aparacaq, nəyin pis, nəyin yaxşı olacağını deyəcək, amma Ermənistana bütün hallarda nəinki "gözün üstə qaşın var" deyəcək, əksinə onu dəstəkləyəcək. Sadə dillə desək: Oveçuk bu açıqlaması ilə  Azərbaycanı hədələyərək deyir ki,  əgər  “Tramp marşrutu” mövzusunda Ermənistanın xətrinə dəyəsi olsan, bizi qarşısında görəcək!
Bu da rus hegemonluğunun 300 ilə yaxındır bizə yaşatdığı ədalətsizliyin, düşmənçiliyin bir nümunəsi !

 Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Avqust 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri