Icma.az
close
up
RU
Övlad itkisi yaşayan məşhurlar Cinayətkar gülləsinə tuş gələn, dənizdə boğulan, bədbəxt hadisədən ölən...

Övlad itkisi yaşayan məşhurlar Cinayətkar gülləsinə tuş gələn, dənizdə boğulan, bədbəxt hadisədən ölən...

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, aktyor, Xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov iyulun 29-na keçən gecə 57 yaşında dünyasını dəyişib. Ə.Məmmədov hüquqşünas olub. Polis və məhkəmə sistemində çalışıb.

Azərbaycanda bir neçə tanınan aktyor, müğənni övlad itkisi yaşayıb. Onların bir çoxu övladlarını vaxtsız itirib – bəziləri qəza, bəziləri xəstəlik, bəziləri isə faciəli hadisələr nəticəsində.

Globalinfo.az övladlarını itirən tanınmışlardan bir neçəsini təqdim edir:

Azərbaycan SSR-i əməkdar artisti Münəvvər Kələntərlinin hüquqşünas qızı Validə 51 yaşında yüksək şəkər nəticəsində vəfat edib.

Xalq artisti Həsənağa Turabovun oğlu Daşqın Turabov (polis zabiti) 1997-ci il mart ayında Siyəzəndə Əlişir Tağıyev adlı silahlı cinayətkarla aparılan əməliyyat zamanı qəfil gülləyə tuş gəlir və ağır yaralandıqdan sonra vəfat edir. O, öz yoldaşlarının həyatını xilas etmək üçün özünü fəda edib.

Əməkdar artist Səməndər Rzayevin oğlu Rəşid Səməndər 2020-ci il noyabrın 20-də, 45 yaşında dünyasını dəyişib.

Xalq artisti Siyavuş Aslanın tüfeyli həyat sürən oğlu Çingiz Aslanov qara ciyər sirrozundan vəfat edib.

Siyavuş Aslan və oğlu Çingiz Aslanov

Xalq artisti Arif Quliyevin kiçik oğlu Fərid Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağırlaşdığı üçün onu xilas etmək mümkün olmayıb. O, 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Digər oğlu Rövşən Quliyev isə avtomobil qəzası keçirib və ikinci qrup əlildir.

Xalq artisti Nuriyyə Əhmədovanın iki övladı – qızı İlahə 1996-cı ildə həyat yoldaşı tərəfindən qətlə yetirilib, sonra oğlu Əli 37 yaşında xərçəngdən vəfat edib. Aktrisa oğlunun ölümündən bir il sonra kəskin ürək tutmasından dünyasını dəyişib.

Əməkdar artist Rəhman Rəhmanov da iki oğlunu itirib. Belə ki, ortancıl oğlu İlham 2004-cü ildə bədbəxt hadisə nəticəsində 27 yaşında dünyasını dəyişib. 2023-cü ildə isə aktyorun müğənni oğlu Emil Rəhmanoğlu 44 yaşında ürəyində yaranan tromb nəticəsində vəfat edib.

Əməkdar artist Kübra Əliyeva da iki övlad acısı yaşayan məşhurlardandır. Onun böyük oğlu Rauf Məmmədov həbsxanada dünyasını dəyişib. Bir neçə il əvvəl isə kiçik oğlunu faciəli şəkildə itirib.

“Teymur əmi” kimi tanınan Xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev idarə etdiyi avtomobilin yanması nəticəsində vəfat edib. Qapını aça bilməyən B.Mustafayev maşının içində diri-diri yanıb.

Həmçinin oxuyun:

Xalq artistinin oğlu vəfat etdi – FOTO

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev 54 yaşında dostları tərəfindən döyülərək qətlə yetirilib.

Tanınmış diktor, Xalq artisti Şərqiyyə Hüseynovanın 1971-ci il təvəllüdlü qızı Mehriban Əhmədova beyinə qan sızması nəticəsində dünyasını dəyişib.

Övladını vaxtsız itirən məşhurlardan biri də Xalq artisti, bəstəkar Ramiz Zöhrabovdur. Onun oğlu Rəşad Zöhrabov ağır yol qəzası nəticəsində dünyasını dəyişib.

Xalq artisti Səməd Səmədovun ilk evliliyindən olan oğlu Emin 24 yaşında dünyasını dəyişib. O, polis işçisi olub.

Səməd Səmədov

Əməkdar artist Zöhrə Abdullayeva da övlad itkisi yaşayıb. Onun 47 yaşlı oğlu 2018-ci ildə beyin xərçəngindən vəfat edib. Oğlunu itirən sənətkar özünə qapanır və səhhətində ciddi problemlər yaranır. Efirlərdən uzaq düşən ifaçı övlad həsrətinə dözə bilmir və 2021-ci ildə 68 yaşında dünyasını dəyişir.

Xalq artisti Nazpəri Dostəliyevanın böyük oğlu Əli Quliyev də 41 yaşında vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Tanınmış bəstəkarlar Nailə və Hikmət Mirməmmədlilərin oğlu da illər əvvəl 16 yaşında dənizdə boğularaq vəfat edib.

Məşhur diktorlar Roza Tağıyeva və Rafiq Hüseynovun ailəsində baş verən övlad faciəsi isə hər kəsi dəhşətə gətirmişdi. Belə ki, cütlüyün Rövşən adlı oğlunu doğrayıb, qətlə yetirmiş, meyitin qalıqlarını isə çemodana yığmışdılar.

Mərhum Xalq artisti Eldəniz Zeynalovun aktyor oğlu Məmməd Zeynalov da vəfat edib. M.Zeynalov ağ ciyər xərçəngindən əziyyət çəkirdi. 6 il dializə gedən Məmmədin beynində sonradan şiş aşkarlanmışdı.

Müğənni İbrahim Borçalı da övlad acısı çəkən valideynlər siyahısındadır. Onun oğlu Rəhim 20 yaşında avtomobil qəzasında həlak olub.

Qeyd edək ki, aparıcı Afaq Gəncəlinin oğlu Qədirxan da 2015-ci ildə 12 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri