Övladı məktəbə gedən valideynlərinə NƏZƏRİNƏ Hər uşağın öz yerini tapdığı sinif
Icma.az bildirir, Baku.ws portalına istinadən.
"İnklüziv təhsil təkcə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbə qəbul edilməsindən ibarət deyil. Bu, hər bir uşağın fərqli qabiliyyət və ehtiyaclarının nəzərə alındığı, qəbul və anlayış üzərində qurulan bir təhsil fəlsəfəsidir. Mənim üçün inklüzivlik – "hamının eyni olması" yox, hamının fərqli olmasına baxmayaraq eyni dəyəri daşımasıdır".
Bu barədə loqoped-defektoloq Fatimə Məmmədova BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, inklüziv məktəb bu fərqlilikləri "problemi" kimi deyil, öyrənmə potensialının müxtəlif formaları kimi qəbul edir.
"Loqoped kimi hər gün fərqli uşaqlarla işləyərkən görürəm ki, inkişaf tempində, nitq bacarığında, diqqət səviyyəsində fərqliliklər hər bir uşaqda mövcuddur.
Belə məktəblərdə uşaqlar bir-birindən öyrənir, empatiya və qəbul hissləri inkişaf edir. Məsələn, nitqində gecikmə olan uşaq sinif yoldaşından sosial cəhətdən öyrənərkən, digəri ondan səbir və qayğı hissini mənimsəyir. Bu qarşılıqlı təsir hər iki uşaq üçün də inkişafedici olur.
Mənim müşahidələrimə görə, uşaqların davranış, nitq və sosial bacarıqları ən çox qarışıq mühitlərdə formalaşır. Ayrı siniflərdə və ya "xüsusi otaqlarda" təcrid olunan uşaqlar özlərini digərlərindən fərqli, bəzən də "çatışmaz" hiss edirlər. Halbuki, inklüziv mühitdə uşaq özünü cəmiyyətin tam üzvü kimi görür.
Bu isə onun nitq inkişafına, özünü ifadə etmə bacarığına və özünə inamına müsbət təsir edir - bu, loqopedik praktikamda dəfələrlə müşahidə etdiyim bir faktdır".
Ziya SƏCCAD
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 12 Noyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















