Övladı məktəbəhazırlıq qrupları və birinci sinifdə təhsil alan valideynlərin NƏZƏRİNƏ
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 25-i saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər dekabrın 1-nə qədər müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 1-dən başlanılıb. Bu günə qədər portal vasitəsilə valideynlər tərəfindən təqdim edilən 12 min sorğu uğurla yekunlaşıb və təsdiq edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 23 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















