Övladı olmayan kişilərin nəzərinə Androloq dərmansız müalicəni açıqladı
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Androloq sonsuzluqdan əziyyət çəkən kişilər üçün təbii müalicə üsullarını açıqlayıb.
Milli.Az xəbər verir ki, rusiyalı androloq Yelena Novikova açıqlamasında kişi fertilitetini artırmaq üçün tövsiyələr verib.
"Spermqrammanın yaxşılaşdırılması yalnız pozuntular erkən mərhələdə və yüngül formada olduqda mümkündür. Bunun üçün həyat tərzini dəyişmək və aşkar edilmiş tibbi səbəbləri aradan qaldırmaq vacibdir. Piylənmə, siqaret və alkoqol istifadəsi, fiziki aktivliyin olmaması spermanın keyfiyyətinə mənfi təsir göstərir. O, həmçinin qidalanmanı nəzərdən keçirməyi, kifayət qədər zülal, sink, selenium, C və E vitamini qəbul etməyi, gündəlik rejimdə isə idmanla məşğul olmağı tövsiyə edib".
"Məşq və saunada çox qalmaq, sıx və sintetik alt paltar geyinmək, noutbuku uzun müddət diz üstündə saxlamaq, avtomobil oturacağının isitməsini istifadə etmək sperma keyfiyyətinə mənfi təsir edir"
Aşağı ətraflarda hər hansı ağrılar, xroniki iltihablar, damar genişlənməsi və digər xarici dəyişikliklər döllənmə şansını azalda bilər.
İsmayıl
Milli.Az
Baxış sayı:98
Bu xəbər 21 Sentyabr 2025 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















