Övladına məktəb ləvazimatları almaq üçün ödəmə terminalını yardı
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabunçu rayonunda fəaliyyət göstərən "Elçin Market” adlı mağazada oğurluq baş verib.
Mağazada yerləşən ödəmə terminalı sındırılaraq içindəki 3 032 manat oğurlanıb.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini maddi ehtiyaclarla izah edib. Bildirib ki, övladına məktəb ləvazimatları almaq üçün pulu olmadığından oğurluq etmək qərarına gəlib. Onun hədəf kimi "Elçin Market” seçməsi ilə mağazaya yaxından bələd olması olub.
Müttəhim vaxtilə həmin mağazanın təmirini həyata keçirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 3 il müddətinə azdlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşıdırılması cəzası saxlanılıb.
///Qaynarinfo
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 12 Aprel 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















