Icma.az
close
up
RU
Övladına şiddət göstərən bilməlidir ki...

Övladına şiddət göstərən bilməlidir ki...

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Uşağa səmimi şəfqət, nəvaziş göstərməklə valideyn ilk növbədə özünə böyük yaxşılıq edir.

Çünki uşağa hansı duyğuları versə, onları da geri alacaq, qəzəb göstərsə, qəzəb, anlayış göstərsə, anlayış da görəcək.

Saglamolun.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri psixoloq Gülnar Orucova uşaqlarla davranış qaydaları haqında danışarkən deyib. O bildirib ki, valideynlər uşaqlarına hər yaş dövrünə uyğun davranmalıdır:

"Uşaqlar hər yaş dövründə fərqli olur. Buna görə də onlarla davranışda buna xüsusi diqqət göstərilməlidir. Ümumiyyətlə, uşağı nəyisə eləməyə və ya eləməməyə vadar etmək üçün ona fiziki cəza tətbiq edən, hədə-qorxu gələn valideynlər hazır olmalıdırlar ki, gələcəkdə uşaq onlara daha çox problem yaradacaq.

Xüsusilə, övladına şiddət göstərən valideynlər bilməlidir ki, uşaq özünü dərk etdikdən sonra ona göstərilən şiddəti heç vaxt unutmur və bu onda gələcəkdə psixoloji sarsıntılara səbəb olur. Bəzən bu sarsıntılar o qədər genişlənir ki, onların ailə qurmasında ciddi problemə səbəb olur. Çünki uşaqlığında valideynləri tərəfindən şiddət görən insanların bəziləri düşünür ki, əgər ailə qursalar, onlar da bu şiddəti ailələrinə və uşaqlarına göstərəcəklər. Buna görə də onlar ailə qurmaqdan bir növ çəkinirlər.

Statistikaya baxsaq, görərik ki, şiddətə meyilli olan şəxslərin əksəriyyəti uşaqlığında valideynləri tərəfindən təhqirə və şiddətə məruz qalan şəxslərdir. Buna görə də vaxtında bir qədər səy göstərib və səbrli olmaqla, uşaqlara qarşı daha mülayim davranmaq lazımdır".

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri