Icma.az
close
up
RU
Övladını itirən ata Prezidentə müraciət etdi: Hakim işin gedişini qəsdən uzadır...

Övladını itirən ata Prezidentə müraciət etdi: Hakim işin gedişini qəsdən uzadır...

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağır yol-nəqliyyat hadisəsi nəticəsində övladını itirən şəxs, məhkəmə prosesinin süni şəkildə uzadılmasından narazıdır.

Bu barədə Gununsesi.info-ya Ağdaş rayonu, Yuxarı Qəsil kənd sakini Əzizov Yusif müraciət edib.

Şikayətçinin iddiasına görə, 2024-cü ilin may ayında ilk məhkəmə-tibbi ekspertiza keçirilsə də, hakim Günay Aşurova tərəfindən 13 may 2025-ci il tarixdə təkrar ekspertiza barədə qərardad qəbul olunub.

Lakin sənədlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilməyib. Bu isə işin qəsdən süründürülməsi və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına şərait yaradır.

O, hakim Günay Aşurovanın təqsirləndirilən şəxsin müdafiəsinə şərait yaratdığını və işin qəsdən süründürülməsi ilə bağlı Prezidentə, Birinci vitse-prezidentə və digər dövlət qurumlarına müraciət edib.

Həmin müraciəti təqdim edirik:

“Mən 18 noyabr 2023-cü il tarixdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Əzizov Yunis Yusif oğlunun atası və cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi olaraq mətbuat vasitəsi ilə Prezidentə, Mehriban xanım Əliyevaya, Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimova, Baş prokuror cənab Kamran Əliyevə müraciət ünvanlayıram. 

2023-cü il 8 noyabr tarixində Ağdaş rayonu ərazisində Həsənov Röyal Fazil oğlu idarə etdiyi avtomobillə qarşı tərəfin yoluna çıxaraq qəza törətmiş, nəticədə sərnişin mənim övladım Əzizov Yunis Yusif oğlu, eləcə də sürücü Umarov Nəriman Həbib oğlu həlak olmuş, digər sərnişin Daşdıyev Cavad Əziz oğlu isə ağır bədən xəsarətləri almışdır. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanmış, iş üzrə ibtidai istintaq aparılmış və 2024-cü ilin fevral ayında Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

İş üzrə 2024-cü ilin may ayında ilk məhkəmə-tibbi ekspertiza keçirilsə də, təkrar ekspertiza barədə qərardad 13 may 2025-ci il tarixdə hakim Günay Aşurova tərəfindən qəbul olunmuşdur. Lakin 04.09.2025-ci il tarixdə mənə təqdim olunmuş rəsmi cavab məktubundan məlum olmuşdur ki, həmin qərardad üzrə sənədlər bu günədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilməmişdir. Bu, cinayət işinin qəsdən süründürülməsi və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına şərait yaradır.

Qeyd etmək istəyirəm ki, təqsirləndirilən Röyal Həsənov 27.09.2024-cü il tarixdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında volker cihazı ilə müayinə olunmuş və həkim rəyi ilə 3 aydan sonra sərbəst hərəkət edə biləcəyi göstərilmişdir. Buna baxmayaraq, sonrakı məhkəmə iclaslarına xərəkdə gətirilmiş və saxta “ağır xəstə” görüntüsü yaradılmışdır. Hakim Günay Aşurova bu əsassız bəhanəni qəbul edərək 13.05.2025-ci il tarixdə təkrar ekspertiza barədə qərardad çıxarmış, lakin sənədləri qəsdən göndərməyərək işin süni uzadılmasına yol vermişdir.

Bütün bu faktlar göstərir ki, hakim Günay Aşurova təqsirləndirilən şəxsdən və ya onun yaxınlarından asılı vəziyyətə düşərək qanunları pozmuş, Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulan korrupsiya xarakterli cinayət əməlinə yol vermişdir. Onun hərəkətləri həmçinin Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş “ağlabatan müddətdə və ədalətli araşdırma” prinsipini kobud şəkildə pozur.

Hətta Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rafail Əliyev də mənim müraciətlərimə formal cavab məktubları göndərmiş, işin mahiyyətinə varmamış və süründürməçilik hallarını görməzdən gəlmişdir.

Sizdən çox-çox xahiş edirəm Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Günay Aşurovanın cinayət işinin gedişini qəsdən uzatması, təqsirləndirilən şəxsin müdafiəsinə şərait yaratması və korrupsiya əməllərinə yol verməsi faktları üzrə xüsusi araşdırma aparılaraq hüquqi qiymət verilməsi təmin edilsin, iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təxirə salınmadan keçirilməsinin təmin edilsin, təqsirləndirilən Röyal Həsənovun əsassız “xəstəlik” bəhanələri ilə məhkəmə prosesinin uzadılmasının qarşısının alınması və məhkəmə icraatının qanuni və operativ qaydada aparılması təmin edilsin.

Məhkəmə-Hüquq Şurası tərəfindən hakim Günay Aşurovanın barəsində intizam məsuliyyəti və hakimlikdən kənarlaşdırılması məsələsinə baxılsını xahiş edirəm.

Müraciətimə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 05.07.2025-ci il tarixli cavab məktubunun və Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri R. Əliyevin cavab məktubunun surətlərini əlavə edirəm.

Əlaqə telefonu: 051 951-90-95″

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri