Icma.az
close
up
RU
Övladlarına qəribə ad verən valideynlər Onlara travma YAŞADIRLAR

Övladlarına qəribə ad verən valideynlər Onlara travma YAŞADIRLAR

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İnsanı ilk adı ilə tanıyırlar. Elm adın insan həyatına təsirini danmır. Bəzən qəribə, qeyri-adi adlarla da qarşılaşırıq. Çoxları ilk dəfə eşitdiyi adı gülüşlə qarşılayır.

Amma unudurlar ki, bu cür reaksiya vermək qarşı tərəfi incidə bilər. Axı bu adın seçilməsində onun heç bir rolu olmayıb. Ötən illərdə qəribə adların (Piriş, Odumi, Xeyirxəbər, Həftik, Bostan, Ramen, Yaşasin, Hərdəm, Serra, Nigah, Qansız, Nicəliş, Görüş, Qiymətəli, Küheyl, Sofu, Saida, Əliyənaqi, Əliyənvəluyullah, Kapitalina, Həzrətəli, Meysəm, Ezel, Sada, Rina, Füruri, Sülhe, Nəroğlan, Ülya, Əliaçıq, Nağdı, Çiçəklən, Yaxşıtəhər, Qulfallah, Fatehsultan) qoyulmasına müsbət cavab verilməyib.

Məktəbdə psixoloqlar qəribə adı olan uşaqlarla ciddi işləməlidir

Psixoanalitik Elmir Əkbər Modern.az-a açıqlamasında bildirib ki, ad insan həyatında çox əhəmiyyətlidir:

“Çünki onu gələcəkdə bu adla tanıyacaqlar. Səhv etmirəmsə, İslam dinində valideynin övlad qarşısında borclarından biri uşağa gözəl, layiqli ad seçməkdir. Əfsuslar ki, bu problem Azərbaycanda daim olub. “Fərqli” düşünən valideynlər həmişə var. Zamanla adların forması dəyişir, məzmun isə eyni olaraq qalır. Bir qrup valideyn övladlarına həmişə ağılagəlməz adlar qoyur. Məsələn, sovet dövründə Kombayn, Kolxoz və mənim eşidəndə təəccübləndiyim Yuri Qaqarin və s. kimi adlar geniş yayılmışdı. İndi isə uşaqlara başqa cür qəribə adlar verirlər. Nəzərdən qaçırırlar ki, bura Azərbaycandır və elə ad seçmək lazımdır ki, mənası gülünc olmasın, səslənməsi rahat, diləyatan olsun. Çox heyif ki, valideynlər bunu nəzərə almır. Bu uşaqlar üçün ciddi psixoloji travmadır. Hətta mən illər öncə bir məktəbdə layihə keçirəndə savadlı bir uşaq dedi ki, ən böyük arzum böyüyəndə adımı dəyişməkdir. Bu mənə çox pis təsir etdi”.

Qanun insana ad qadağası qoya bilməz

Psixoanalitik bildirir ki, demokratik ölkə olaraq qanun insana hansısa adı, soyadı seçməyə qadağa qoya bilməz və qoymamalıdır:

“Bu insanın azad seçimi olmalıdır. Baxmayraq ki, bəzən ad seçimində valideynlərin korreksiya olunması praktik cəhətdən çox yaxşı olar. Məsələn, valideyn qəribə ad qoyanda müvafiq idarədə ona icazə vermirlər. Vadar edirlər ki, normal ad seçsin. Praktik baxımdan bunu alqışlasam da, ancaq mənə görə bu onun hüququnun çərçivələnməsidir. Çünki insan istədiyi adı və soyadı seçmək hüququna malikdir. Fikrimcə, məktəbdə psixoloqlar ciddi olaraq qəribə adı olan uşaqlarla işləməlidir. Bir tərəfdən onların kompleksini aradan qaldırmalı, ikinci bir tərəfdən isə valideynlərlə söhbət edilməli, uşaq sıxılırsa, adı dəyişdirilməlidir. Sonda uşağa izah edilməlidir ki, müəyyən yaşa çatanda adını dəyişmək şansı var. O, bunu bilməlidir ki, tamamən çarəsizliyə, ümidsizliyə qapılmasın. Amma daha yaxşı olardı ki, valideyn olmağa hazırlaşan şəxslərə müəyyən təlimlər keçirilsin. Təəssüf ki, biz də valideyn olmağa hazırlaşanlar üçün psixoterapiyaya gəlmək mədəniyyəti yoxdur. Dünyada bu proses var. İnanın, belə olanda bir sıra ağır xəstəliklərin, problemlərin qarşısını öncədən almaq mümkündür. Gələcəkdə uşağın psixoloji travma almaması üçün valideynlər savadlı psixiterapevtdən məsləhətlər alsa, yaxşı olardı”.

Uşağa verilən ad onun nüfuzuna, cəmiyyətin ona olan münasibətinə təsir edir

Kultroloq Fuad Məmmədov bildirib ki, valideyn övladına istədiyi adı verə bilər və bu onun şəxsi işidir:

“Amma yaxşı olardı ki, onlar övladlarına mənalı ad versinlər. Bizim mədəni irsimiz, mənəvi keyfiyyətlərimizlə bağlı gözəl adlar var. Məsələn, öz təcrübəmdən deyim. Bir dəfə seminarda bir qızdan adını soruşanda utandı. Auditoriyada olanlar güldü. Anladım ki, adını deməyə çəkinir. Qızı sakitləşdirib, adını soruşdum və bildirdim ki, ona kömək etmək istəyirəm. Adının Paket olduğunu dedi. Təsəvvür edin, nə qədər düşünülməmiş ad qoyublar. Ona narahat olmamağı, yəqin nəyinsə təsir altında və ya müəyyən bir savadın ona yaxşı ad qoymağa imkan vermədiyini izah etdim. Bundan əlavə həmin xanıma artıq adını dəyişməyə tam ixtiyarı olduğunu da dedim. O, belə bir haqqının olduğunu bilmirdi”.

Ad həm də gələcəkdir

Kultroloq qeyd edib ki, valideyn övladına ad qoyanda onun gələcəyini düşünməlidir:

“Uşağa verilən ad onun nüfuzuna, cəmiyyətin ona olan münasibətinə təsir edə bilər. Çalışmaq lazımdır ki, uşağa ən gözəl Azərbaycan adları verilsin. Qəribə, guya fərqli adları uşaqlara vermək fikrimcə, məqbul deyil. Düşünərək, ad vermək lazımdır ki, uşaqlar həmişə qürur hissi ilə yaşasın və öz adlarına uyğun həyatlarını qursun. Adında olan qüdrəti, mənanı doğrultsun”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see222

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see193

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see159

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see153

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see145

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see141

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see135

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see134

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see133

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see133

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see132

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see129

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see127

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see125

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see122

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri