Övladlarını məsuliyyətdən azad etmək istədi, 20 min ziyana düşdü
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İsmayıllıda övladlarını cinayət məsliyyətindən yayındırmaq istəyən şəxs dələduzluqla üzləşib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, S.Səmədovun övladları Roman və Ruslan barəsində İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı dövründə S.Səmədovun övladları Şəki rayon Psixiatriya Xəstəxanasına yerləşdirilib. Bu zaman Quşencə kənd orta məktəbində sosial-pedaqoq vəzifəsində işləyən A.İ. S.Səmədova övladlarının anlaqsız olmaları barədə rəy ala biləcəyini və bununla da onların məsuliyyətdən azad ediləcəyini deyib. Lakin o, bunun müqabilində qarşı tərəfdən pul tələb edib.
Qarşı tərəfə hissə-hissə olmaqla A.İ.-yə 20 700 manat pul verib. O, verdiyi vədi yerinə yetirmədiyinə görə, hüquq-mühafizə orqanlarına müraciət edilib. A.İ. saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə İsmayıllı Rayon Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı A.İ. verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Yanvar 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















