Övladlığa götürdüyü qızı zorlayıb intihar etdi
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanın Pavlodar vilayətinin Jelezinka şəhərində azyaşlı zorlanıb.
"Ölkə.az" lent.az-a istinadla xəbər verir ki, zorlama bir neçə il əvvəl himayədar ailədə o zaman 11 yaşı olan qıza qarşı törədilib. Ondan başqa dörd uşaq da həmin evdə yaşayıb. 2022-ci ildə onlar yenidən uşaq evinə qaytarılıblar.
Bu yaxınlarda ginekoloji müayinə zamanı azyaşlının bakirə olmadığı məlum olub. Psixoloqlarla söhbət zamanı o, övladlığa götürən atası tərəfindən zorakılığa məruz qaldığını etiraf edib. Bundan sonra məlumat polisə çatdırılıb.
Pavlodar vilayətinin Polis İdarəsinin mətbuat xidməti azyaşlının zorlanması faktı ilə bağlı cinayət işi açıldığını bildirib. Şübhəli şəxsin kimliyi müəyyən edilib. Lakin bu faktla bağlı polisə müraciət olunduğunu öyrənən kimi o, intihar edib.
“Hadisənin baş vermə səbəbləri və səbəbləri müəyyənləşdirilir”, - deyə polisdən bildirilib.
Baxış sayı:76
Bu xəbər 23 Noyabr 2024 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















