Icma.az
close
up
RU
Övladlığa götürülən uşaqlar ögey olduqlarını bilməlidirlər?

Övladlığa götürülən uşaqlar ögey olduqlarını bilməlidirlər?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uzaqdaydı mən istəyən ocaqlar,

Ürəyimdən gəlib keçdi sazaqlar.

Atalıydı, analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

Mərhum şairimiz Nüsrət Kəsəmənlinin "Biri vardı, biri yox..." başlıqlı şeirindən nümunə gətirdiyimiz bu bənddə qeyd olunduğu kimi, həyatda hər uşağa atalı-analı böyümək nəsib olmur. Elə körpələr vardır ki, ana nəvazişinə, ata qayğısına ən çox ehtiyac duyduğu anda ömründən bir boran gəlib keçir. Elə bir boran ki, onun şaxtası dəyən ürəyin kimlərinsə ocağına, oduna qızınmağı çox çətin olur. Həmin şəxslərin bir təsəllisi vardır ki, hamımızın bu həyatda hər şeyimiz olmur. Bu dünyada varımız olan şeylərlə olduğu kimi, yoxumuz olan, həvəsində, arzusunda olduğumuz şeylərlə də sınağa çəkilirik.

Bildiyimiz kimi, bu və ya digər səbəblər ucbatından valideynlərindən uzaq düşən körpələr ya internat evlərində, ya da ögey valideynlərinin himayəsi altında böyüyürlər. Təcrübə göstərir ki, ögey valideynlərin əksəriyyəti körpə yaşlarından övladlığa götürdükləri uşaqlarından bu barədə həqiqəti gizlətməyə çalışırlar. Ögey valideynlərini doğma ata-anası bilən uşaq isə müəyyən müddət keçdikdən sonra istər-istəməz bundan xəbər tutur. Təbiidir ki, bu xəbər həmin insan üçün çox böyük psixoloji zərbədir. Ona görə də bu yazımızda araşdırmağa çalışdıq ki, körpəlikdən övladlığa götürülən uşaqlara bu barədə məlumat verilməlidirmi? Verilməlidirsə, uşaq həqiqəti kimdən, necə və hansı yaş dövründə eşitsə daha yaxşı olar?

"Ögey valideynlər tərk edilməkdən qorxurlar"

Mövzumuzla bağlı suallarımızı cavablandıran sosioloq Rəfail Həsənov bildirdi ki, belə uşaqlar övladlığa götürüldüyünü bilməlidirlər: "Uşaq özünü dərk etdikdən sonra uyğun şəkildə ona övladlığa götürüldüyü deyilməlidir. Ümumiyyətlə, bu məsələ heç kimdən gizli saxlanılmamalıdır". R. Həsənovun sözlərinə görə, övladlığa götürülən uşaqlar kənar şəxslərdən, xüsusən də həmyaşıdlarından həmin məsələ haqqında nəsə öyrəndiyi təqdirdə, ciddi psixoloji sarsıntılar yaşayırlar: "İnsanlar əziyyət çəkib, doğma balası kimi böyütdükləri uşaqlardan həqiqəti ona görə gizlətməyə çalışırlar ki, tərk edilməkdən qorxurlar. Amma bütün hallarda övladlığa götürülən uşaqdan bunu gizlətmək mümkün deyil. Gec-tez bu uşaqlar övladlığa götürüldüyünü kimdənsə eşidəcəklər. Məlumat üçün bildirirəm ki, uşaqlarda liderlik, həmyaşıdlarından fərqlənmək istəyi güclü olur. Bu səbəbdən də övladlığa götürülən uşaqlar əksər hallarda həmyaşıdları ilə aralarında nəsə bir narazılıq yarandığı təqdirdə, qarşı tərəfdən bu xəbəri eşidir. Nəticədə də onların özünə inamı itir. Cəmiyyətə qaynayıb-qarışması, dostları, eləcə də onları övladlığa götürən şəxslərlə münasibətlərinin normallaşması çətin olur".

Uşaq 5 yaşına çatdıqdan sonra ögey olduğunu bilməlidir. Amma necə?..

Psixoloq Elnur Rüstəmov isə söylədi ki, ögey valideynlərlə övladlığa götürülən uşaq arasında münasibətlərin düzgün qurulması çox önəmlidir: "Övladlığa götürülən uşaqların valideynləri ilə problemləri daha çox yetkinlik yaşlarında olur. Çünki bu yaşlarında olan uşaqlar fikirləşirlər ki, doğma valideynlərini tapsalar, bütün problemləri həll olunacaq. Belə uşaqların bir qismi isə doğma valideynlərini tapıb nə üçün atılması, günahlarının nə olması və s. kimi onları narahat edən suallarına cavab almaq istəyirlər. Çünki bu yaşda onları narahat edən çox sayda cavabsız sualları olur". E. Rüstəmovun sözlərinə görə, ögey valideynlərə, həmçinin övladlığa götürülən uşaqlara psixoloji dəstək mütləq lazımdır: "Övladlığa uşaq götürən şəxslər daimi narahat olurlar. Onlar düşünürlər ki, övladları valideynlərinin ögey olmasını öyrəndiyi təqdirdə, evi tərk edəcəklər. Təcrübə göstərir ki, övladlığa götürülən uşaqlarla ögey valideynlər arasında problem daha çox kənardan yaradılır. Belə ki, uşaq valideynlərinin ögey olmasını əksər hallarda kənar şəxslərdən eşidir. Biz belə ailələrlə işləydimiz zaman uşağı bu xəbərə hazırlayırıq. Övladlığa götürülən uşaq 4-5 yaşlarına çatdığı zaman mütəxəssis tərəfindən bu xəbərə hazırlanmalıdır və eşitməli olduğu məlumatı ondan öyrənməlidir. Belə olan halda, bu xəbəri eşidən uşaq heç vaxt düşünmür ki, valideynləri onu aldadıblar".
"Zaman Azərbaycan"

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri