Övladlığa uşaq götürməklə bağlı YENİ QAYDA
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Valideyn-namizədə uyğun uşağın, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideynin seçilməsi və onların görüşlərinin təşkilinə dəyişiklik edilib.
Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 (bir) ay müddətində azı 20 (iyirmi) saat olmaqla görüşü təşkil ediləcək.
Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında nazirlik 10 gün müddətində 6 saatadək qısalda bilər.
Sosial işçi bu Qaydanın 7.4-cü bəndində nəzərdə tutulmuş müddətdə 10 saatdan az olmayaraq, bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş halda isə bütün müddət ərzində valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edəcək.
İndiyə qədər valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 2 ay müddətində ayda ən azı 40 saat olmaqla görüşü təşkil edilirdi.
Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 20 gün müddətində 12 saatadək qısalda bilərdi.
Bu Qaydanın 7.4-cü və 7.5-ci bəndlərində nəzərdə tutulmuş müddətdə sosial işçi hər ay ərzində 8 saatdan az olmayaraq valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edirdi.
Baxış sayı:97
Bu xəbər 05 Oktyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















