Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Oxu nəticələrində geriləmələr: şagirdlərin mütaliə vərdişləri necə dəyişib?

Oxu nəticələrində geriləmələr: şagirdlərin mütaliə vərdişləri necə dəyişib?

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oxuyub-anlama digər bütün PISA sahələri üzrə tapşırıqların başa düşülməsində və uğurla yerinə yetirilməsində həlledici əhəmiyyət daşıyır. Oxu üzrə nəticələr riyaziyyat və təbiət elmləri ilə müqayisədə çox vaxt daha kəskin enmə nümayiş etdirsə də, bir ölkənin oxu üzrə göstəricilərinin digər ölkələrlə müqayisədə inkişaf dinamikası həmin ölkənin riyaziyyat və təbiət elmləri üzrə "nisbi" dinamikası ilə sıx bağlı olaraq qalır. Bu isə ümumi amillərin bütün sahələr üzrə öyrənmə prosesinə təsir göstərdiyindən xəbər verir. Nəticələrdəki geriləmənin sadəcə ölçmə ilə bağlı səbəblərdən qaynaqlanmadığını müəyyən etmək üçün əlavə təhlillər aparılıb.

Azərbaycan Respublikası Təhsil İnstitutunun məlumatına görə, PISA 2025 nəticələr sənədinin 1-ci cildinin 1-ci əlavəsində təqdim olunan nəticələr göstərir ki, bu geriləmə ölçmə problemləri və ya yalnız PISA-ya xas olan amillərlə izah edilə bilməz. Əksinə, təhsil üzrə mövcud qiymətləndirmə vasitələrinin məlum məhdudiyyətlərinə baxmayaraq, geriləmə tendensiyası aydın şəkildə müşahidə olunur. Yalnız bacarıqlarda geriləmə deyil, eyni zamanda diqqətin azalması və bəzi ölkələrdə məktəbə qarşı mənfi münasibətin artması oxu ballarındakı eniş təkcə şagirdlərin müvəffəqiyyət göstəricilərinin bütün istiqamətlər üzrə eyni şəkildə aşağı düşməsindən qaynaqlanmır. Bu, əsasən onların müəyyən növ oxu tapşırıqlarını yerinə yetirərkən getdikcə daha çox çətinlik çəkməsi ilə bağlıdır. Nəticələrdəki bu cür qeyri-bərabər geriləmələr, eləcə də oxu bacarıqları gerilədiyi halda təbiət elmləri üzrə səriştələrin əsasən sabit qalması faktı şagirdlərin bacarıqlarının bütövlükdə geriləməsini göstərmir.

PISA-nın oxu nəticələrində ən sürətli geriləmə sualın şərt hissəsində daha uzun mətnlərin təqdim edildiyi tapşırıqlarda müşahidə olunub. 2018-2022-ci illər arasında xüsusilə daha yüksək səviyyəli düşünmə prosesləri tələb edən oxu tapşırıqlarında uğur göstəriciləri azalıb. Bunlara mətni diqqətlə oxumağı, məlumatları yadda saxlamağı, bəzən bir neçə mənbədən əldə olunan müxtəlif məlumatları əlaqələndirməyi, həmçinin onları qiymətləndirməyi və üzərində düşünməyi tələb edən tapşırıqlar daxildir. Bunun əksinə, şagirdlərdən yalnız bir konkret məlumatı tapmağı tələb edən tapşırıqlarda nəticələr daha az geriləyib. Bu tip tapşırıqlar əksər hallarda mətnin yalnız müvafiq hissəsinə diqqət etməklə yerinə yetirilir. Daha uzun dövrü nəzərdən keçirdikdə geriləmə bütün tapşırıq növləri üzrə əsasən bərabər xarakter daşısa da, mətnin həcmi ilə bağlı çətinliklər ümumi enmənin əsas hərəkətverici qüvvəsi olaraq qalıb.  PISA nəticələri daha geniş mənada onu da göstərir ki, müşahidə olunan bu geriləmə şagirdlərin mürəkkəb oxu tapşırıqları üzərində diqqətini toplayaraq davamlı işləmək qabiliyyəti və ya istəyi ilə bilavasitə bağlı ola bilər. Nəticələrdəki geriləmə oxu qiymətləndirməsinin ilk suallarından, yəni şagirdlərin sadə yazılı fikirləri nə dərəcədə sürətli və dəqiq qavradığını ölçən səlis oxu tapşırıqlarında aydın görünür. Düzgün və səlis oxuyan şagirdlərin payı 2018-2025-ci illər aralığında təxminən 7 faiz bəndi azalıb. Həmin dövr ərzində oxu qiymətləndirməsinin qalan hissəsində də tələsik verilən cavabların xüsusi çəkisi orta hesabla əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, vaxt çatmadığı üçün cavabsız qalan tapşırıqların payı azalıb. Oxu qiymətləndirməsinin bütün mərhələlərində nəticələrdə geriləmə müşahidə edilib, lakin bu geriləmə testin ilkin bölmələri ilə müqayisədə sonrakı bölmələrində daha kəskin olub. Şagirdlərin PISA çərçivəsində sərf etdikləri fərdi səy, eləcə də onların öyrənməyə və məktəbə ümumi münasibəti eyni şəkildə azalmağa meyillənib.

Məktəbin vaxt itkisi olduğunu düşünən şagirdlərin azlıq təşkil etdiyi ölkə və iqtisadiyyatlarda oxu ballarının dinamikası bu cür mənfi düşüncəyə sahib şagirdlərin payının artdığı ölkələrlə müqayisədə daha müsbət olub. PISA 2022 göstərdi ki, COVID-19 pandemiyası ilə bağlı məktəblərin bağlandığı dövrdə bir çox şagird distant təhsil zamanı çətinliklərlə üzləşib. Təxminən hər iki şagirddən biri dərs oxumaq üçün özünü motivasiya etməkdə çətinlik çəkdiyini, hər üç şagirddən biri isə məktəb tapşırıqlarını çox vaxt tam başa düşmədiyini bildirib. Pandemiya dövründə bu çətinliklər yalnız texniki xarakter daşımırdı, onlar digər amillərlə yanaşı, həm də müəllim dəstəyinin yetərsizliyini əks etdirirdi. 2025-ci ilə qədər şagirdlərin müəllim dəstəyinə dair təsəvvürləri müəyyən sahələrdə, məsələn, müəllimlərin şagirdlərə öz fikirlərini bildirmək üçün yaratdığı imkanlarda yaxşılaşsa da, digər istiqamətlərdə zəifləmişdir. Nümunə üçün, PISA məlumatları İƏİT ölkələri üzrə orta göstəricidə təbiət elmləri müəllimlərinin şagirdlər dərk edənə qədər izahı davam etdirdiyini bildirən şagirdlərin payı 2015-2025-ci illər arasında azalıb. Bu göstərici üzrə dəyişikliklər tədqiqatda iştirak edən ölkə və iqtisadiyyatlarda eyni dövr ərzində akademik göstəricilərdəki dəyişikliklərlə orta səviyyəli müsbət əlaqəyə malikdir.

Təhsil İnstitutundan bildirilib ki, məktəblərdən və təhsil sistemlərindən kənarda, daha geniş ictimai meyillər də gənclərin ümumilikdə məktəbə və öyrənmə prosesinə, xüsusilə isə yazılı mətnlərə münasibətinə və onlarla işləmə tərzinə təsir göstərmiş ola bilər. PISA 2018 nəticələri artıq şagirdlərin mütaliə vərdişlərinin dəyişdiyini göstərib. 2009-cu illə müqayisədə həm oğlanlar, həm də qızlar arasında yalnız məcbur qaldıqda oxuduqlarını bildirənlərin payı daha da artıb. İƏİT ölkələri üzrə mütaliədən zövqalma indeksi 2018-ci ilə qədərki onillik ərzində geriləmə göstərib. Eyni zamanda, şagirdlər bədii kitabları, kağız əsaslı jurnal və qəzetləri daha az oxuduqlarını, mətnlərlə isə getdikcə daha çox internetdə məlumat axtararkən, yazışarkən və xəbərləri oxuyarkən qarşılaşdıqlarını bildiriblər. Valideynlər də erkən yaşlardan etibarən uşaqların oxuya münasibətinin formalaşmasında mühüm rol oynayır. Əvvəlki PISA təhlilləri göstərmişdi ki, valideynlərini evdə kitab oxuyan görən və ya valideynləri mütaliədən zövq aldığını bildirən şagirdlər arasında özlərinin də oxumaqdan zövq aldığını qeyd edənlər daha çox olub. 2009 və 2018-ci illərdə PISA-nın valideyn sorğusunda cavab variantları dəyişdiyindən nəticələri birbaşa müqayisə etmək mümkün olmasa da, valideynlərin cavabları göstərir ki, mütaliə onların "sevimli məşğuliyyəti" kimi əvvəlki mövqeyini itirib. Bu isə məlumatların mövcud olduğu bir çox ölkə və iqtisadiyyatda mütaliədən alınan zövqün təkcə uşaqlar arasında deyil, valideynlər arasında da azaldığını göstərir. Beləliklə, 15 yaşlıların mütaliəyə marağında baş verən dəyişikliklər digər yaş qruplarına, o cümlədən onların valideynlərinə də təsir edən daha geniş dəyişikliklərlə eyni dövrə təsadüf edib. Valideynlər uşaqlar üçün mühüm nümunə olduqlarından, onların evdə gənclərin mütaliə vərdişlərinin formalaşmasına güclü təsiri var: "Mütaliə təcrübəsindəki dəyişikliklər təkcə oxunun həcmini deyil, oxucuların mütaliə etdiyi mətn növlərini də əhatə edir. Oxu vərdişlərinin PISA sorğusunun əsas diqqət mərkəzində olduğu PISA 2018 tədqiqatında şagirdlərin və məktəblərin sosial-iqtisadi profili nəzərə alındıqdan sonra belə, məktəb tapşırıqları üçün bədii ədəbiyyat və daha uzun həcmli mətnlər oxuyan şagirdlər qiymətləndirmədə daha yüksək oxu balları əldə ediblər. Kitabları kağız formatda daha çox oxuyan şagirdlər də, əsasən rəqəmsal cihazlarda oxuyan və ya nadir hallarda kitab mütaliə edən həmyaşıdları ilə müqayisədə, daha yüksək nəticə göstərməyə meyil ediblər. Şagirdlərin daha böyük bir hissəsi gün ərzində bir saatdan çox vaxtını sosial şəbəkələri nəzərdən keçirməyə və ya videooyunlar oynamağa sərf etdiyini bildirib, internetdə praktiki məlumat axtarmaq və ya rəqəmsal məzmun yaratmaq kimi fəaliyyətlər üçün rəqəmsal cihazlardan istifadə etdiyini bildirənlərin sayı isə azalıb. Bu meyillər onlayn fəaliyyətlərlə oxu göstəricilərinin zəifləməsi arasında birbaşa səbəb-nəticə əlaqəsi yaratmır. Bununla belə, onlar gənclərin mətnlə qarşılaşdığı və mətndən istifadə etdiyi mühitlərin PISA dövrləri üzrə davamlı olaraq dəyişdiyinə dair əvvəlki faktları daha da gücləndirir. Bu gün şagirdlər rəqəmsal mühitdə geniş şəkildə oxumağa və yazmağa davam edirlər. Lakin bunu keçmişlə müqayisədə çox vaxt fərqli məqsədlərlə və fərqli formatlarda edirlər. Rəqəmsal fəaliyyətlər arasındakı bu dəyişən balans davamlı mütaliə, müxtəlif mənbələrdən əldə olunan məlumatları əlaqələndirmə və tənqidi qiymətləndirmə bacarıqlarının formalaşdığı daha geniş konteksti anlamaq baxımından əhəmiyyətli ola bilər".

Qeyd olunub ki, mövcud faktlar akademik göstəricilərdəki geriləməni tək bir sadə səbəblə izah etməyə əsas vermir. Daha əsaslı şərh ondan ibarətdir ki, nəticələrin zəifləməsi müxtəlif səviyyələrdə baş verən dəyişiklikləri əks etdirir və kiçik amillər çox vaxt bir araya gələrək şagirdlərin öyrənmə prosesinə güclü təsir göstərir. Şagird səviyyəsində PISA bir çox ölkə və iqtisadiyyatda davamlı iş tələb edən tapşırıqlarda çətinliklərin artdığını, tələsik cavab vermə meylinin gücləndiyini, məktəb testlərinə səy göstərmək həvəsinin azaldığını, maraq və əzmkarlığın isə zəiflədiyini göstərir. Sistem səviyyəsində ictimai və demoqrafik proseslər siniflərdə şagird tərkibinin daha da müxtəlifləşməsinə səbəb olmuş, lakin bu mürəkkəbliyi idarə etmək üçün sistem səviyyəli alətlər bəzən yetərli olmayıb. Məktəbdən kənarda da uşaqların və böyüklərin həyatı, eləcə də bütövlükdə cəmiyyət dəyişib və bu dəyişikliklər çox vaxt öyrənmə üçün əlverişli olmayıb. Oxu vərdişlərinin dəyişməsi, rəqəmsal cihazlardan daha intensiv istifadə, dərsə davamiyyətsizliyin artması, ailə dəstəyinin azalması və pandemiyanın sonrakı təsirləri gənclərin öyrəndiyi sosial mühiti yenidən formalaşdırıb. Bu fərziyyələr bir-birinə zidd deyil, bir-birini tamamlayan amillər kimi nəzərdən keçirilməlidir. Onlar məsuliyyəti birbaşa şagirdlərin, müəllimlərin, məktəblərin və ya ailələrin üzərinə qoymur. Əksinə, bu nəticələr davamlı mütaliənin, diqqətin öyrənməyə yönəldilməsinin, tədris dəstəyinin və bacarıqların ardıcıl inkişafının təmin edilməsinin daha da çətinləşdiyi yeni təlim mühitinin formalaşdığına işarə edir. Oxu bacarığı bu yanaşmada mərkəzi mövqe tutur, çünki o, həm müstəqil şəkildə əsas öyrənmə sahəsi, həm də bütün fənlər üzrə öyrənmənin təməlidir. PISA-nın 25 illik təcrübəsindən sonra hər bir milli kontekstdə oxu göstəricilərinin nə üçün gerilədiyini anlamaq təkcə ötən ilin nəticələrini izah etmək üçün deyil, həm də təhsil sistemlərinin qarşıdakı illərdə öyrənmə şəraitini hansı istiqamətlərdə yenidən qurmalı olduğunu müəyyənləşdirmək baxımından olduqca vacibdir.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri