Oxuyub anlama bacarıqlarının inkişafı üzrə təlim keçiriləcək
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin ibtidai sinif müəllimləri üçün “Oxu üzrə dekodlaşdırmadan anlamaya interaktiv keçid” mövzusunda onlayn təlim keçiriləcək.
Newscenter.az xəbər verir ki, təlimin əsas məqsədi müəllimlərə oxuyub-anlama prosesinin daha effektiv təşkili yollarını təqdim etmək, şagirdlərdə düşünərək oxuma, məna çıxarma və mətn üzərində analitik təhlil bacarıqlarını inkişaf etdirməyə yönəlmiş müasir və məqsədli yanaşmalarla tanış etməkdən ibarətdir.
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunan təlim çərçivəsində müəllimlərə şagirdlərin oxuduqları mətn üzərində düşünməsini, nəticə çıxarmasını və oxu prosesində daha fəal iştirakını təmin edən pedaqoji metod və strategiyalar təqdim olunacaq. Bu yanaşmalar gündəlik dərs prosesində tətbiq üçün, eyni zamanda PIRLS kimi beynəlxalq qiymətləndirmələrdə tələb olunan yüksək səviyyəli oxu və anlama bacarıqlarının formalaşdırılmasına xidmət edir.
Təlim 29 aprel saat 16:00-da Microsoft Teams üzərindən təşkil olunacaq.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib
15 Avqust 2025 15:32
DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib
16 May 2025 21:34
Xırda motorika və əl bacarıqlarının inkişafı adlı təlim keçirilib
03 İyul 2026 13:17
Şagirdlərin oxuyub anlama bacarığı necə inkişaf etdirilməlidir? Mütəxəssislərdən TƏKLİFLƏR
09 Sentyabr 2026 17:16
Qızların oxuyub anlama qabiliyyəti oğlanlara nisbətən yüksək olub Təhsil İnstitutu
12 Sentyabr 2025 11:21
Baxış sayı:144
Bu xəbər 28 Aprel 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















