Icma.az
close
up
RU
Oxuyur Mənsum İbrahimov!

Oxuyur Mənsum İbrahimov!

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İlin-günün bu vədəsi idi. Payız yayı sıxışdırıb vaxtından bir qədər əvvəl gəlmişdi. Bakı üçün xarakterik olan külək ara vermirdi. İlk dəfə yağışlı-çiskinli bir payız axşamı görüşdük. Bayırda zəhlətökən hava olsa da, içəridə xoş əhval-ruhiyyə hökm sürürdü. Onun bulaq kimi qaynayan eczakar səsi insanın qəlbini oxşayır, ruhuna sığal çəkirdi. 
Mənsum İbrahimov oxuyurdu... 
Ertəsi gün yenə qarşılaşdıq. Yenə mahir ifa tərzi, zəngin repertuarı ilə hamını valeh edirdi. 
Yaxın qohumumuz olan toy sahibinin kasıb adam olduğunu bilsəm də, jurnalist marağı güc gəldi: “Adil dayı, Mənsum İbrahimov məclisə neçəyə gəlib?” 
Kişi qalın qaşlarını çatıb diqqətlə üzümə baxdı: “Nə pul a bala?! Qudam şəhid atasıdır. Onlar çağırıb, kişi də gəlib. Mənsum müəllim şəhid ailələrinin, qazilərin məclisinə təmənnasız gedir”. 
Bu söhbət təxminən 25 il əvvəl olduğu üçün başqa nədən danışdığımızı xatırlamıram. Xatırladığım odur ki, Mənsum İbrahimov indi saçı-saqqalı ağarmış 50 yaşlı jurnalistin qəlbində hələ 25 il əvvəl taxt qurmuşdu. Həm də təkcə sənəti deyil, sadəliyi, səmimiyyəti ilə... 
Xalq artisti, professor Mənsum İbrahimov xüsusi təqdimata ehtiyacı olmayam mahir muğam bilicisi, ustad xanəndə, dəyərli ziyalı, alicənab insandır. Açıq mənbələrdə onun haqqında minlərlə məlumat var. Həmin məlumatlarda qeyd olunur ki, Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. Sənətkarın musiqi dünyasına olan sevgisi uşaq yaşlarından özünü göstərib. Əvvəl Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 
Əşşi, Tarixi-Nadir açmağın nə mənası var?! Bizim Mənsum müəllimin təqdimata ehtiyacı yoxdur. Onu təkcə Azərbaycanda sevmirlər. O, bir çox ölkələrdə konsert verib; İranda, Türkiyədə, Fransada, ABŞ-da, yaxın-uzaq diyarlarda Azərbaycan musiqisini tanıdıb, əvəzsiz ifaları ilə insanların qəlbini oxşayıb, ruhunu qidalandarıb. 
Mənsum İbrahimov təkcə tamaşaçıların deyil, həm də tələbələrinin sevimlisidir. O, Azərbaycan Milli Konservatoriyasında professor, muğam (xanəndə) kafedrasının müdiridir. Gənclər ondan sənətin incəliklərini öyrənir. İndi o, Azərbaycan mədəniyyətini öz sevimli tələbələri ilə çiyin-çiyinə təbliğ edir. Obrazlı desək, Mənsum müəllimin əkdiyi ağaclar çoxdan bar verib. Bir müəllim üçün bundan böyük xoşbəxtlik nə ola bilər?!
Mənsum İbrahimov həm də fəal ictimai xadim, nümunəvi vətəndaşdır. O, səlis nitqi, mənalı çıxışları sayəsində jurnalistlərin sevimli müsahiblərindən birinə çevrilib. Mənsum müəllim yaxşı oxuduğu kimi, həm də yaxşı danışır. 
Yəqin jurnalist dostlarım mənimlə razılaşarlar: Mənsum İbrahimov sənəti ilə zirvədə olsa da, bəzi məşhurlar kimi heç vaxt özünü çəkib dağ başına qoymur. Əksinə, əlçatanlığı ilə seçilir. Hətta mətbuatda ilk addımlarını atan təcrübəsiz jurnalistlərin dolaşıq suallarına da təmkinlə, əhatəli cavab verməyə ərinmir. Buna görə də jurnalistlər onu təkcə ustad xanəndə deyil, həm də təmkinli müsahib kimi sevir və hörmət edirlər. Həm də təkcə jurnalistlər deyil, peşəsindən asılı olmayaraq musiqini sevən, qiymətləndirən hər kəs bu sevginin ünvanıdır... 
O, Xalq artisti olmazdan əvəvl xalqın artistidir. Canı, qanı, ruhu ilə bağlı olduğu xalqın... 
65 yaşınız mübarək, USTAD! 
Allah Sizi pənahında saxlasın! 

İnşallah, 100 yaşınızda da aparıcıların dilindən bu sözləri eşidək: Oxuyur Mənsum İbrahimov! 

Seymur VERDİZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri