Icma.az
close
up
RU
Oyan Nəzəriani: “Bu, Azərbaycan çimərlik güləşi tarixində ilk olacaq”

Oyan Nəzəriani: “Bu, Azərbaycan çimərlik güləşi tarixində ilk olacaq”

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, o, keçirilmiş yarışlar və gələcək planlar barəsində danışıb.

- U17 Avropa çempionatında komandanın çıxışını necə dəyərləndirirsiz?

- Xorvatiyanın Poreç şəhərində keçirilən yarışda dörd çəki dərəcəsindən üçündə təmsil olunurduq. 2 qızıl və 1 bürünc medal qazandıq. Baxmayaraq ki, ən çox qızıl medalı biz qazandıq, amma bir çəkimiz boş olduğu üçün komanda hesabında 3-cü yeri tutduq. Ancaq medalların keyfiyyətinə əsasən birinci olduq. Bu da bizim üçün önəmli bir məqam idi. Çünki 4 çəkidən ikisində qızıl medal almaq kifayət qədər yaxşı nəticə sayılır. Həmişə maksimum nəticəyə köklənirik. Əslində 3 qızıl medal ala bilərdik. Rəşid Nazarov (60 kq) yarımfinalda son saniyələrdə üstünlüyü əldən verdi. O da qızıl medala layiq idi. İnanıram ki, daha yaxşı hazırlaşıb, dünya çempionatında 4 çəki dərəcəsində iştirak edərək, daha yüksək nəticələr əldə edəcəyik. Təbii ki, dünya çempionatı Avropa çempionatından daha qədər çətin olacaq. Ümid edirik ki, bu yarış da bizim üçün yaxşı keçəcək.

- Avropa çempionatından dərhal sonra Dünya Seriyasının mərhələ yarışına qatıldınız. Bu, mövsümdə 2-ci mərhələ olsa da, sizin qatıldığınız ilk belə yarış idi. Bu mərhələdəki nəticəni necə qiymətləndirirsiniz?

- Dünya Seriyasında dörd çəkidən ikisində təmsil olunduq. Hər iki güləşçimiz fəxri kürsüyə qalxdıq. 1 qızıl və 1 bürünc medal yaxşı nəticə sayıla bilər. Burada bir çox ölkələr 4 çəkidə daha çox idmançı ilə iştirak edirdi. Məsələn, Gürcüstanın 8, İranın 6, Ukraynanın isə 12 idmançısı Dünya Seriyasında mübarizə apardı. Aparıcı güləş ölkələriylə rəqabətdə göstərdiyimiz nəticəni yüksək qiymətləndirmək olar. Dünya Seriyasının birinci mərhələsində iştirak etmədiyimiz üçün reytinq sıralamasında bir qədər geridə olsa daq, növbəti mərhələlərdə bu fərqi qapayıb önə keçəcəyimizə inanıram.

- İyulun 16-17-də çimərlik güləşi üzrə ölkə çempionatı keçiriləcək. Bu yarışdan gözləntiləriniz nələrdir?

- Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə çimərlik güləşi üzrə U17 və böyüklər yaş qrupunda ölkə çempionatı keçiriləcək. Bu, bizim üçün yığma komandanın tərkibini genişləndirmək, yeni istedadları kəşf etmək və onları çimərlik güləşinin qaydaları, məşq metodları ilə tanış edərək, dünya və Avropa çempionatlarına, xüsusən də, gələn il keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazır etmək üçün yaxşı fürsət olacaq.

- U17 dünya çempionatında və Dünya Seriyasının digər mərhələləri üçün heyətdə dəyişiklik etməyi planlaşdırırsınız?

- Heyətə yeni idmançıları əlavə etmək planımız var. Azərbaycan çempionatında və sonraki hazırlıq dönəmində güləşçilərin göstərdiyi nəticələrə əsasən heyət müəyyənləşəcək. Ən optimal heyət qurmağa çalışacağıq. U17 dünya çempionatında yeniyetmə qızlarımızın da iştirakını planlaşdırırıq. Bu, Azərbaycan çimərlik güləşi tarixində ilk olacaq.

- Sentyabra qədər beynəlxalq yarış olmayacaq. Bu müddətdə hazırlıq prosesi necə olacaq?

- Ona qədər müxtəlif təlim-məşq toplanışları ilə yığma komandanın hazırlıq səviyyəsini maksimum dərəcədə yüksək saxlayaraq və artıraraq davam edəcəyik. Ümidimiz odur ki, bu qarşıdan gələn təlim-məşq toplanışlarımızda da kifayət qədər faydalı ola bilək. İntensiv məşqlərimiz davam edəcək. Dünya çempionatına və Dünya Seriyasının final mərhələsini başa vurana qədər hazırlıq prosesi dayanmayacaq.

- Çimərlik güləşi artıq Yeniyetmələrin Yay Olimpiya Oyunlarında yer alıb. Gələcəkdə böyüklər arasında Olimpiadalarda da güləşin bu növünü görə bilərikmi? Sizcə bunun üçün UWW tərəfindən hansı işlər görülməlidir?

- Qeyd etdiyiniz kimi, çimərlik güləşi 2026-cı ildə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daxildir. Bu, çimərlik güləşi üçün çox önəmli, çox tarixi bir addımdır. Çünkü Beynəlxalq Olimpiya Komitəsi (İOC) bu yarışları yaxından izləyəcək. Bununla da çimərlik güləşinin gələcəkdəki potensialına, böyüklərin Yay Olimpiya Oyunlarına daxil olması üçün çox yaxşı imkanlar və fürsətlər yaranacaq. UWW-nin çimərlik güləşi ilə bağlı xüsusi planları var. Neçə illərdir artıq bunun üstündə işləyirlər. Yeni bir idman növünün Olimpiadanın proqramına daxil olması çətin görünsə də, bu istiqamətdə səylər çox ciddi şəkildə davam etdirilir. Fikrimcə, çimərlik güləşi üzrə yarışlarda iştirakçıların sayı artırılmalı və bu növün dünya miqyasında təbliğatı gücləndirilməlidir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 İyun 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri