Oynadığımız futbolla ilk dördlüyə düşmək mümkün deyil Arne Slot
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın standart vəziyyətlərdəki oyunu və Premyer Liqanın ilk dördlüyünə düşmək perspektivləri ilə bağlı danışıb.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis turnir cədvəlində tutduqları mövqedən narazı olduğunu bildirib:
“Hazırda çempionatda tutduğumuz mövqeyə görə çox məyusuq. Ötən mövsüm mövsümün ortalarınadək "Liverpul" standart vəziyyətlərdən bir dənə də olsun qol buraxmamışdı. Rəqiblərin künc zərbələri və ya cərimə zərbələri zamanı oynadığımız futbolla ilk dördlüyə düşmək mümkün deyil. Ümumiyyətlə, turnir cədvəlinin yuxarı hissəsində yer alan komandalar arasında standart vəziyyətlər üzrə mənfi statistikaya malik yeganə komandayıq. Bizdə bu göstərici -8-dir və buna baxmayaraq hələ də beşinci yerdəyik”.
Qeyd edək ki, “Liverpul” 17 turdan sonra 29 xala malikdir. “Çelsi” də eyni sayda xal toplayıb, lakin londonlular top fərqinə görə “qırmızılar”ı qabaqlayırlar. Slotun rəhbərlik etdiyi komanda növbəti oyununu sabah, dekabrın 27-də “Vulverhempton”a qarşı keçirəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Dekabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















