Icma.az
close
up
RU
Oyun alqısatqısı ilə ittiham edilən Kantariya: Hər şey altüst oldu

Oyun alqısatqısı ilə ittiham edilən Kantariya: Hər şey altüst oldu

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Şamaxı"dan ayrılan Giorgi Kantariya apasport.az saytına müsahibə verib.

- Hazırda nə işlə məşğulsuz?
- Heç nə. Gürcüstana qayıtmışam. Elə vətənimdə istirahət edirəm.

- “Şamaxı”dan ayrılmağınızın tatalizatorlarla bağlı olduğu iddia edilir. Oyunların da manipulyasiyasında iştirak etdiyiniz iddia olunur. Bu barədə fikirləriniz necədir? Belə bir şey var?
- Əlbəttə ki, belə bir şey yoxdur. Bunlar hamısı yalandır. Üstəlik, bunların hamısı gülməlidir. Çünki həyatım boyu heç vaxt belə hadisələrin iştirakçısı olmamışam. Özü də, hamı bilir ki, daim ən yüksək səviyyədə oynamağa çalışmışam. Kimsə mənim adımı təhqir etmək istəsə, mütləq ona cavab veriləcək.

- Bəs, komandadan ayrılmağına əsas səbəb nə idi?
- Komandadan niyə ayrıldığımı mütləq deyəcəm. Amma hər şeyin öz vaxtı var. İndi yalnız işimi davam etdirmək haqqında düşünürəm. Allah hər şeyi görür və kimsə mənə haqsızlıq edibsə, mütləq qarşılığını alacaq.

- Məsələ ilə bağlı artıq araşdırmaların başladıldığı bildirilir. Bu halda yəqin ki, hansısa təhlükə hiss etmirsiz?
- Hansısa araşdırmanın aparıldığını ümumiyyətlə, anlamıram. Üstəlik, heç kim mənimlə əlaqə saxlamayıb və kiminsə mənimlə əlaqə saxlayacağını gözləmirəm. Çünki bu cür söhbət heç olmayıb da. Sizin dediyiniz işlərlə mənim heç bir əlaqəm yoxdur. Bu ittihamlar mənim üçün təhqiramizdir.

- Adil Nağıyev bildirib ki, məşq zamanı dava edib və ona görə komandadan ayrılıb. Sən də konflikt yaşadığın üçün ayrıldığını bildirmisən. Söhbət hansı konfliktdən gedir?
- Komandadan nəyə görə ayrıldım? Nə baş verdi? Bütün bunlar haqda mütləq danışacam. Haqsızlıq və dəyərsizlik haqqında dediyim kimi, Allah hər şeyi görür. Sona qədər mübarizə apardım, bütün gücümü meydanda qoymuşam. Bir nəfər də olsun çıxıb deyə bilməz ki, Kantariya pis mövsüm keçirdi. Komandada heç bir futbolçu mənim haqda pis söz deyə bilməz. Çünki mən hər zaman düzgün və təmiz insan olmuşam.

- Gürcüstana yollanmağınız ayrılığa görə oldu?
- Oyundan sonra Gürcüstana yollandım. Çünki nənəm vəfat etmişdi. Gürcüstana getdim, gələndə hər şey alt-üst oldu. Mən sizə nə baş verdiyini və bunun niyə baş verdiyini mütləq izah edəcəm. Amma sözlərimlə heç kimə zərər vermək istəmirəm. Buna görə də, özümü saxlayıram, amma əgər kimsə məni axmaq hesab edirsə və öz axmaqlığını mənim əlimlə yuyacağını düşünürsə, çox yanılır.

“Qarabağ” "Sumqayıt"la matçda yubiley qolunu vurub Millimiz İsveçə qarşı - YENİLƏNİR Qurban Qurbanov: “Premyer Liqadan maraqlandığım oyunçular var” Vaqif Cavadov: “Komandamdan razıyam” "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 Dekabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri