Oyun üslubunda müəyyən dəyişikliklər etdik Adil Şükürov
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Səbail" I Liqada mövsümün ikinci yarısına hazırlığı başa vurub. "Dənizçilər"in baş məşqçisi Adil Şükürov təlim-məşq toplanışını dəyərləndirib.
48 yaşlı mütəxəssis Fanat.Az-a açıqlamasında bu barədə belə danışıb:
"Toplanış məhsuldar alındı. Üç yoxlama görüşü keçirdik. Heyətə yeni oyunçular cəlb etdik. Bəzi ideyalarımızı, fikirlərimizi həyata keçirə bildik. Oyun üslubunda müəyyən dəyişikliklər etməyə çalışdıq. Yenə deyirəm, zədələri nəzərə almasaq, normal toplanış keçə bildik. Yeni transferlərin komandaya uyğunlaşmasına qismən nail ola bildik. Ümid edirəm ki, işlərimizin bəhrəsini mövsümün ikinci yarısında görə, istəyimizi reallaşdıra biləcəyik".
Qeyd edək ki, "Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda 2026-cı ildə ilk rəsmi oyununu 5 fevralda səfərdə "Zaqatala"ya qarşı keçirəcək.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 29 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















