Oyuna nəzarət edən tərəf biz idik Rəşad Sadıqov
Icma.az bildirir, Fanat portalına istinadən.
"Zirə" Misli Premyer Liqasının 23-cü turunda doğma meydanda "Kəpəz"lə 2:2 hesablı heç-heçə edib.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb:
"Oyun bizim üçün yaxşı başladı, erkən qol vurduq. Birinci hissədə qol epizodlarımız var idi. Həmin epizodlardan istifadə edə bilmədik. Rəqib standart vəziyyətdən fərqləndi. İkinci hissəyə daha fəal başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. Bundan sonra çoxsaylı hücumlar etdik. Oyuna nəzarət edən tərəf biz idik. Rəqib hesabda öndə olduğu üçün daha çox müdafiədə olurdu. Son dəqiqələrdə künc zərbəsindən qol vurub 1 xal qazandıq. Sezon ərzində belə oyunlar olur. Hər iki qolu standart vəziyyətdən buraxdıq. Matçdan öncə bu haqda danışmışdıq. Son vaxtlar çempionatımızda belə qollar çox olur. Bu qədər çətinliyə baxmayaraq 1 xal da qənaətbəxşdir."
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 09 Mart 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















