Oyuncaq alarkən valideynlər bunlara DİQQƏT etməlidir
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Oyuncaqlara dair yeni tələblər müəyyənləşib.
Modern.az xəbər verir ki, sözügedən məsələ Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament”də əksini tapıb.
Qərara əsasən, 3 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqlar və onların çıxarıla bilən hissələri, habelə bilavasitə qida məhsullarına bərkidilən oyuncaqlar uşaqların yuxarı tənəffüs yollarına düşməsinin qarşısını alacaq ölçüdə olmalıdır.
Uşağın başını tam örtən, hava keçirməyən materialdan hazırlanan maskalar və dəbilqələr kifayət qədər havalandırmanın olmaması səbəbindən yaranan boğulma riskini aradan qaldıracaq şəkildə hazırlanmalı və istehsal edilməlidir.
Uşağın ağzı ilə birbaşa təmasda olan çınqıldayan oyuncaqların və digər oyuncaqların səthinin rənglənməsinə və naxışlanmasına icazə verilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 07 Oktyabr 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















