Icma.az
close
up
RU
“Oyunçular ideal formada olsa, millidə potensial çoxdur” Ayxan Abbasov İdmanXəbər

“Oyunçular ideal formada olsa, millidə potensial çoxdur” Ayxan Abbasov İdmanXəbər

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində son oyununda Fransa yığmasına 1:3 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

“Azarkeşlərə təşəkkür edirəm. Çoxdan idi, millinin oyununda belə atmosfer olmurdu. Onlara təşəkkür edirəm. Dəstəkləri futbolçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı, istəkli oynayaq. İslandiya ilə matçda çox da alınmadı. Bu gün daha rahat oynadıq. Fransaya qol vurmağın özü də çətinlikdir. Qoldan sonra üstümüzə gəldilər. Standart vəziyyətlərdə güclü olduqlarını bilirdik. Şahruddinin zədələnməsi də üçüncü qolda təsir etdi. Buna baxmayaraq, son oyunlarda futbolçular əzmkarlıq göstərir, onlara təşəkkür edirəm. Nəticə istəyiriksə, səbir etməliyik. Vaxt önəmlidir. Bu gün meydançada yavaş-yavaş irəliləyiş hiss edilir. İtkilərimiz var idi. Əsas heyətin 5-6 üzvü oynamırdı. Tsikl bitdi, irəli baxacağıq.

– Mustafa Əhmədzadə debüt etdi. Fransa kimi rəqibə qarşı onu oynatmaq qazanmaq üçün idi?
– İnanın ki, İslandiya ilə matçda Mustafanı əsas heyətdə düşünürdük. Emin oynamasaydı, startda olacaqdı. Onun böyük potensialı var. Soyuqqanlı biridir.

– Xəyal Əliyev iki oyunda da startda oynadı. Ondan razı qaldınız?
– Xəyal iki oyunda da yaxşı performans göstərdi. Ona oyun lazımdır. Məncə, Xəyal millinin əsas oyunçularından birinə çevrilib.

– Bu tsiklda milli nələrə nail oldu?
– Qrup çətin idi. Reallığa baxaq. Fransanın bizim qrupda olması rezonans doğurmuşdu. Tez-tez “Oser faciəsi”ni xatırladırdılar, deyirdilər, oyuna getməyək. İnam az idi, amma futbolçular gələcək üçün inam verdi. Hər kəsə qarşı oynaya bilərik. Futbol inkişaf edir. İstək, əzm vacibdir. Komandamızda son 4 oyunda inam, irəliləyiş var.

– Abbas Hüseynov ikinci hissədə meydana daxil olub, cinahda irəlidə oynadı. Onu sırf təcrübəsinə görə bu mövqedə oynatdınız?
– Oyundan öncə belə fikirlərimiz var idi. Ancaq Şahruddinin əvəzlənməsi plansız oldu. Renat Dadaşov, Xəyal Əliyev yorulmuşdu. Renat oyundan çox düşdüyü üçün Nərimanı hücuma atdıq, Qismət Alıyevə kömək üçün isə Abbası meydana daxil etdik. Taktiki gediş idi. Abbasın sağ yarımmüdafiəçi kimi oynamasından problem yoxdur.

– Futbolçu yetişməsi problemi var. Sizin müqaviləniz də hələ açıqlanmayıb. Qalsanız, hansı müddətə hansı planları düşünəcəksiniz? Əsas millini Millətlər Liqasında C Liqasına qaldırmaq, ya aşağıdan nələrəsə nail olmaq?
– İlk növbədə C Liqasına qalxmalıyıq. Düzdür, problemlər çoxdur. Öncə istəyirik ki, futbolçular tam formada olsun. Millidə ən az seçimin olan vaxtlardır. Bu oyundan qabaq desəydik, başqa cür başa düşülərdi. Bu gün sağ cinahla bağlı düşünürdük ki, nə edək? Abbas oynasa, effektiv olar. Hücum xəttində olanların klublarında oynaması da vacibdir. Futbolçular klublarında daimi oynasa, millidə çətinlik çəkməzlər. Fikrimiz var, bəzi detalları danışırıq. Bu gün bəzi klubların da üzərinə yük düşür. Futbolun inkişafı tək federasiyadan asılı deyil. Oyunçu klublarda inkişaf etməlidirlər. İndi addımlar yavaşdır.

– Millidəki taleyiniz necə olacaq? Millətlər Liqasında komandanın “sükanı arxasında” olacaqsınız?
– İnşallah, səbr edək. Həqiqətən, ağır oyunlar keçirdik. Mübarizə aparırıq. Oyundan-oyuna çalışırıq. Vaxta ehtiyac var. Nəyəsə nail olmaq istəyiriksə, zaman lazımdır.

– Həm “Şamaxı”da, həm millidə işləmək çətindir. Siz harda davam edəcəksiniz?
– İki komandada işləyib, uğurlu olan məşqçilər var. Bizdə müqayisələr düz aparılmır. Düzdür, yığmada davam edəcəyiksə, müzakirələr olacaq. Marta qədər millinin oyunu yoxdur. “Şamaxı”dakı işimi yaya qədər davam etdirməliyəm. Milli oldu-olmadı, davam etməliyəm, öhdəliklərim var. Bundan sonra müzakirələr aparılacaq.

– “Qarabağ”dan 5 futbolçu dəvət almışdı. Oyunlarını necə dəyərləndirirsiniz?
– Oyunçulardan narazı qaldığımız yoxdur. Heyətdə oyunçuları klublara görə ayırmırıq.

– Bəzi futbolçular klublarda oynamasa belə, qalırlar. Oynamayan hansısa futbolçunu “Şamaxı”ya gətirməyi düşünürsünüz?
– Gəlsələr, hamısını götürərəm. Futbolçularla söhbətimiz olub. Oynamağı çox istəyirlər. İndiki məqamda ən böyük çatışmazlıq budur. Oyunçular ideal formada olsa, millidə potensial çoxdur.

– Millətlər Liqasındakı rəqiblər “dişimizə” görədir. Onlarla hücum futbolu oynayacağıq, ya müdafiə? 
– Biz bu söhbətləri çox edirik. Xahiş edirəm, futbollara diqqətlə baxın. Çempionlar Liqasında bəzi komandalar var ki, necə müdafiə futbolu oynayır. “Yuventus”, “Milan” kimi komandaların müdafiəsinə baxın… Bizdə bu fikirlər dəyişilməlidi. Bu gün hər iki hissədə pressinq etməyə çalışdıq. Rəqib Fransadır, amma baxın, ən çox hücumu da bu gün etdik. Qələbə üçün hücuma getməlisən. Lakin müdafiədə də etibarlı oynamalısan.

– Oyundan əvvəl Sərxan Hacıyevlə ayaqüstə danışdınız. Gələcəyinizlə bağlı söhbət edirdiniz? 
– Bu məsələ ayaqüstü danışılmır (gülür). Fransa ilə oyun haqda danışırdıq.

– Həmişə mətbuata qarşı yaxşı olmusunuz. Lakin sizin futbolçularınız, xüsusilə də, Renat Dadaşov, Anton Krivotsyuk və digərləri mətbuata hörmətsizlik edir, medianın yanından düz keçir…
– Bu məsələni birinci dəfədir, eşidirəm. Nəzərimizdə olar, futbolçularla danışarıq. Həmişə deyirik, futbolçular mətbuatdan qaçmasın. Məncə, qaçmırlar.

– Klubunda oynamayan futbolçulardan biri də Rza Cəfərovdur. Onu “Şamaxı”ya gətirərsiniz?
– Yayda olsaydı, fikirləşərdik. Bəlkə, elə Rikardo Fernandesi milliləşdirək? (gülür)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 17 Noyabr 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri