Icma.az
close
up
RU
“Oyunçulara elə tapşırıq olmur ki, geri çəkilsinlər” Elmar Baxşıyev

“Oyunçulara elə tapşırıq olmur ki, geri çəkilsinlər” Elmar Baxşıyev

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Araz-Naxçıvan” Misli premyer-liqasının 32-ci turunda “Səbail”lə heç-heçə etdi - 1:1.

“Footbal-plus.az” xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- Bizim üçün ağır oyun alındı. Kubokdan sonra üç gün vaxtımız var idi. Komanda olaraq dörd-beş gündən bir oynadığımıza görə dinamika baxımından çox aşağı səviyyədə oyun göstərdik.
- Komanda qol vurur, lazım olanı edir, amma sonra geri çəkilir. Niyə belə olur?
- Oyunçulara elə tapşırıq olmur ki, geri çəkilsinlər. Futbolçuları da başa düşürük. Həm kubokda, həm çempionatda oynayırdılar. Heyətimiz də geniş deyil. Rotasiyalar edə bilmirik. Futbolçuların göstərdiyi oyunu kiçiltmək istəmirəm. İnanıram ki, daha dinamik, daha sanballı “Araz-Naxçıvan” görəcəyik.
- Demək olar ki, ikinci yer əldən getdi. Dörd oyun, 10 xallıq fərq var “Zirə” ilə. Üçüncü yerin də əldən getməsi kimi həyəcan varmı komandanın üzərində?
- Komanda mövsümboyu əziyyət çəkib. Bura kiminsə gücünə gəlməmişik. Hər şey futbolçuların gücünə, iradəsinə görə olub. Komanda şəklində daha artığını etməliyik ki, hədəfə çataq.
- “Turan Tovuz”un ardıcıl xal itkiləri motivasiyanıza nə dərəcədə təsir edir? Sizi arxayınlaşdırmır?
- Yox, ümumi götürəndə komandanı rəqibə uyğun yox, özümüzdən aslı etməyə çalışırıq.
- Belə demək olar ki, ilk iki dövrədə qazandınız xallar sizi xilas edir. Son 12 oyunda bir qələbəniz var. Bunu necə izah etmək olar?
- Qələbəni də biz qazanmışıq. Qışdan bəri altı zədəli futbolçumuz var. Altısı da əsas heyət üzvüdü. Komanda çalışır. Hər şey özümüzdən aslıdı.
- İlk “altılıq”da ən az qolu “Araz-Naxçıvan” vurub. Sizə qarşı hakimlərin qərəzini görmüşük. Futbolçuların az qol vurmasının səbəbi nədi?
- Elə oyunlar olub ki, 6-7 qol epizodumuz olub. Dəyərləndirmədə axsama var. Komandanın az qol vurması, sadəcə, statistikadı. Daha çox hücumda oluruq.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Aprel 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri