Oyundan əvvəl sevgilimə söz vermişdim ard arda 3 penalti dəf edən qolkiper
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Berke Özer Avropa Liqasının 2-ci turunda “Lill”in “Roma” üzərindəki qələbəsi barədə danışıb. Fransız klubu səfər matçını 1:0 hesabı ilə qazanıb.
Sportal.az xəbər verir ki, türkiyəli qapıçı Berke Özer 82-ci dəqiqədə Artem Dovbikin iki penalti zərbəsini qaytarıb, daha sonra 85-ci dəqiqədə Matias Soulenin zərbəsini dəf edib.
Nəticədə Özer 3 dəqiqə ərzində üç penalti dəf edərək turnirin tarixində bunu ilk dəfə edib.
"Dəli kimi bir axşam idi. Oyundan əvvəl sevgimə söz verdim ki, qol buraxmayacağam. O dedi ki, uzun müddətdir quru oyunum olmayıb. Bu qədər çətin olacağını gözləmirdim, amma sözümü tutdum. Düzünü desəm, bunu necə etdiyimi özümdə anlamıram.
Əgər dördüncü penalti olsaydı, onu da dəf edərdim. Amma mənim üçün ən vacib olan üç xal idi, üç dəf edilmiş zərbə yox". – Berke Özer "Canal+" kanalına bildirib.
saytlarin hazirlanmasi
Baxış sayı:62
Bu xəbər 03 Oktyabr 2025 01:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















