Icma.az
close
up
RU
“Oyunlara qələbə üçün çıxacağıq” Arif Əsədov

“Oyunlara qələbə üçün çıxacağıq” Arif Əsədov

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov AFFA-nın saytına açıqlamasında təlim-məşq toplanışı və qarşıdakı beynəlxalq yoldaşlıq görüşlərinə hazırlıq barədə məlumat verib.

Futbolpress.az xəbər verir ki, o, komandanın bu gündən tam heyətlə taktiki planda hazırlaşdığını deyib:

“Hazırlığın birinci mərhələsini başa vurmuşuq. İlk mərhələdə mövsümü nisbətən erkən başa vuran klubların oyunçularını heyətə cəlb etmişdik. Əsasən fiziki çalışmalara önəm verdik. Dünəndən komanda tam heyətlə bir araya gəlib. Artıq qarşıdakı oyuna taktiki hazırlıq gedir. Bilirsiniz ki, iyunun 2-də keçirilən Azərbaycan Kubokunun final oyununda milli komandanın 8 üzvü iştirak etmişdi. Həmin görüşdə meydana çıxanlar üçün dünən bərpa məşqi oldu. Bu gündən etibarən Albaniya ilə qarşılaşmaya tam heyətlə hazırlaşırıq”.

Əsədov liqalarda mövsüm yeni başa çatdığından, futbolçuların yorğun olduqlarını bildirib:

“Elə bir dönəmdir ki, oyunçuların durumunda disbalans var. Bəziləri zədədən yeni qayıdıb, bəziləri son matçlarını 15-20 gün əvvəl keçiriblər. Biz də qarşıdakı görüşlərdə bu durumu nəzərə alacağıq”.

Arif Əsədov həm Albaniya, həm də Qazaxıstan önünə qələbə qazanmaq əzmi ilə çıxacaqlarını sözlərinə əlavə edib:

“Albaniya komandası Avropa çempionatına vəsiqə qazanıb. Əsas heyətlərində daxili çempionatda oynayan futbolçu, demək olar ki, yoxdur. Futbolçuları İtaliya, İngiltərə və digər tanınmış futbol ölkələrinin klublarında çıxış edirlər. Bu da Albaniyanın güclü komanda olduğunu göstərir. Həmçinin, sonrakı rəqib Qazaxıstan da güclü kollektivdir. Onlar da Avropa çempionatına vəsiqə qazanmağa çox yaxın idilər. Bu baxımdan hər iki qarşılaşma bizim üçün yaxşı sınaq olacaq. Ancaq yenə də oyunlara qələbə üçün çıxacağıq. Yoldaşlıq görüşləri olduğundan, bütün futbolçulara şans verməyə çalışacağıq”.

Azərbaycan milli komandası iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya ilə, 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 Aprel 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see281

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see268

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see268

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see252

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see227

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see226

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see224

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see222

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see215

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see212

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see199

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see193

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see190

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see190

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see187

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see181

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see180

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see178

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see177

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri