Icma.az
close
up
RU
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” Dambrauskas

“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” Dambrauskas

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" Misli Premyer Liqasının VII turunda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.

Milli.Az xəbər verir ki, qonaqların baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Komandanız bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?

-Çox yaxşı sualdır. Bu mərhələdə bunlardan danışmaq tezdir. Bəzən itirdiyin xalları geri qaytara bilərsən. Cəmi 6 oyun keçirmişik, qarşıda 27 oyunumuz var.

İki güclü komanda bir-biri ilə qarşılaşdı, oyun bir az çirkin oldu, gözəl oyun görmək istəyərdik. Bəzən bir rəqib üstünlük əldə edirdi, bəzən digəri. Mənim üçün bu, gözlənilən hadisədir. Fasilədən sonra oyunçular bəzən oyun ritmini itirirlər, bəzi futbolçular bu oyuna qədər bizimlə cəmi bir məşq keçirmişdilər. Çalışmalıyıq ki, oyun ritmimizi geri qaytaraq, "Slaviya" ilə çətin oyuna hazırlaşaq.

-"Slaviya" ilə matçdan öncə nəyə görə bu oyunun təxirə salınmasını istəmədiniz?

-Əlbəttə ki, bu, ola bilməz. Bu oyunu təxirə salsaq, gərək "Borussiya", "Barselona" ilə matçdan əvvəl də oyunumuzu təxirə salaq. Bu, mümkün deyil, lazım deyil. Heyətimiz kifayət qədər genişdir və mübarizə apara bilərik. Hər oyundan qabaq böyük hazırlıq olur. Çalışmalıyıq ki, bunu daha da artıraq.

-Belə ağır oyundan sonra ÇL matçına hazırlaşmaq çətin olmayacaq?

-Mən bəzən bu cür sualları anlamıram. Çətin olsa da, olmasa da, bu, mənim vəzifəmdir. Onu yerinə yetirməli, futbolçuları bu oyunlara hazırlamalıyam. Həyatda hər kəs çətinliklə qarşılaşır. Siz də mətbuat konfransına gəlirsiniz, öz yazınızı yazırsınız. Amma hər kəs öz işini görməlidir. Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır. Premyer Liqada 12 komanda arasında milli fasilədə yoxlama görüşü keçirməyən komanda "Sabah" oldu.

-Umarali Raxmonaliyev, Aleksey İsayev və Coy-Lens Mikels start heyətində deyildi. Bunun səbəbi nə idi?

-Mən hər zaman istəyirəm ki, fasilə zamanı bizimlə qalan oyunçulara daha çox şans verim. Çünki milliyə gedənlər yorğun ola bilərlər. Özüm nəzarət etdiyim şeylərə daha çox güvənməyə çalışıram. Sol cinah müdafiəçimiz Timateuş Puxaç istisna olmaqla, start heyətində olan hər kəs fasilədə bizimlə məşq etmişdi. Xaybullayev isə 3 məşqdə iştirak etmişdi. Onlara bu gün fürsət verdik.

-Ötən mövsüm də "Neftçi" ilə buradakı matç 0:0 hesabı ilə başa çatmışdı, avrokuboklarla daha erkən vidalaşmışdınız. Bu mövsüm isə avrokuboklarda da oynayırsınız. İşiniz daha da ağırlaşıb?

-Əlbəttə ki, bu, bizim üçün böyük xəyal idi. Çətin və ya asan olduğunu desəm, nəyisə dəyişməyəcək. Keçən mövsüm avrokubokları erkən bitirmişdik. Ötən mövsüm çempionatın ilk turlarında 5 xal itirmişdik. Bu mövsüm isə 6 turdan sonra cəmi 2 xal itirmişik. Şikayət edə bilmərik.

-1 xal qazandığınıza görə, demək olar ki, oyunun qəhrəmanı Stas Pokatilovdur?

-Oyunların qəhrəmanları barədə siz özünüz qərar verirsiniz.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Oktyabr 2026 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri